“Düşərgədə internet
şəbəkəsinin olmasını
istərdik”
Azər Bağırov (İdman
kafedrasının baş müəllimi):
- Hazırda “Təbib” istirahət
düşərgəsində şərait əvvəlki
illərə nisbətən daha da
yaxşılaşıb. Düşərgə günü-
gündən
gözəlləşir
və
yeniləşir. İstirahət edənlərin
asudə vaxtlarının səmərəli
keçməsi üçün bir sıra yüksək
səviyyəli mədəni və idman
tədbirləri təşkil edirik. Bu
il kəndirbazlar dəvət olun-
muşdu. Onlar bir sıra çətin
nömrələr nümayiş etdirərək
izləyicilərin diqqətini özləri-
nə çəkə bildilər. Ötən ildən
etibarən idman yarışlarının
sırasına atıcılıq yarışını da
əlavə etmişik. Bu da böyük
maraqla qarşılanıb. Bu ya-
rışda düşərgənin rəisi Samir
Yaqubov da iştirak etdi və
məharətini uğurla göstərə
bildi.
Voleybol,
tennis,
dama, şahmat, domino, nərd
yarışları da təşkil edirik.
Ümumi fiziki hazırlıq ya-
rışları keçiririk. Bu yarış
vasitəsi ilə valideynlər uşaq-
larının fiziki baxımdan hansı
səviyyədə olmasının şahidi
olurlar. Yeniyetmələr üçün
gündə iki dəfə həm dəniz
kənarında, həm də idman
meydançalarında
idman
məşğələləri təşkil olunur.
Gündə iki dəfə çimərlikdə
insanların təhlkükəsizliyinə
nəzarət
edirik.
Kənar
şəxslərin əraziyə daxil ol-
masına imkan verilmir.
Rəqs müsabiqəsi də elan
etmişik. Yaxşı rəqs edənlərə
mükafatlar təqdim oluna-
caq.
Sonda bir təklifim də var.
İstərdik ki, düşərgədə in-
ternet şəbəkəsi olsun və
istirahət edənlər dünya-
da və ölkəmizdə baş verən
hadisələrlə bağlı informa-
siya ilə yaxından tanış ola
bilsinlər.
Dostları ilə paylaş: |