Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir



Yüklə 0,57 Mb.
səhifə5/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
1   2   3   4   5   6   7   8   9   ...   30
cavab menecment 2

2 Təşkilatın dolayı təsir mühiti.

Biznes təşkilatları beynəlxalq bazarlara aşağıdakı yollarla çıxa bilərlər.

  1. Məhsul ixracı və ticarət nümayəndəliyinin yaradılması

  2. Lisenziyalaşdırma

  3. Birgə müəssisələrin yaradılması

  4. Birbaşa kapital qoyuluşları

  5. Çoxmillətli korporasiyaların yaradılmasında iştirak


Cavab17
Menecmentdə iki əlaqələndirici proses vardır



  1. Kommunikasiya

  2. Qərarqəbuletmə

Təşkilatın idarə edilməsində kommunikasiya olduqca mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, rəhbərlər öz iş vaxtının 50÷90 % -ni kommunikasiyalara sərf edirlər. Bu ilk baxışda təəccüb doğurur. Lakin nəzərə alaq ki, rəhbər bununla ona görə məşğul olur ki, adamlararası münasibətlərdə, informasiya mübadiləsində qərar qəbuletmə proseslərində, həmçinin idarəetmə funksiyaların yerinə yetirilməsində öz rolunu reallaşdırsın, məsələnin mahiyyəti tamamilə aşkar olur və heç bir təəccüb doğurmur.
Kommunikasiya elə informasiya mübadiləsidir ki, onun əsasında rəhbər səmərəli qərarlar qəbul etmək üçün təşkilatın daxili və xarici mühitindən informasiya alır, qəbul etdiyi qərarları təşkilatın işçilərinə çatdırır və bu qərarların səmərəli şəkildə reallaşdırılmasını təmin edir. Məhz informasiya mübadiləsi idarəetmə fəaliyyətinin bütün əsas növlərinin tərkibində özünə yer tutduğuna görə kommunikasiyanı bağlayıcı(əlaqələndirici) proses adlandırırlar.
Kommunikasiya prosesi anlayışı altında təşkilatın əməkdaşları arasında əlaqə, rəhbərliklə heyət arasında, həmçinin təşkilatın üzvləri ilə onun xarici mühit obyektləri arasında əlaqə başa düşülür. Bu proses sadəcə olaraq əlaqə deyil, informasiyanın bir əsas tərəfindən digərinə, yaxud adamlar qrupuna ötürülməsidir. Səmərəli fəaliyyət göstərmək istəyən menecer hər şeydən əvvəl kommunikabelli-kommunikasiyaya meylli və kommunikasiya qurma qabiliyyətli başqa sözlə təmas və əlaqələr qurmağa meylli olmalıdır. Kommunikabelli menecer yəni kommunikasiyaya təmas və əlaqələr qurmağa meylli olan və bunları asanlıqla qura bilən menecer bunu edə bilməyən yaxud etməyə meylli olmayan menecerlərdən daha səmərəli menecer hesab edilir və təşkilatın məqsədlərinə nail olmasına daha yüksək səviyyədə təmin etmək şansına malikdir.
Cavab18
Biznes təşkilatlarında kommunikasiyaların növləri.
Sistemlər nəzəriyyəsinə görə biznes təşkilatları açıq sistemlərdir. Açıq sistemlər xarici mühitlə qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bundan əlavə, təşkilat insanlar tərəfindən yaradılmış bir sistemdir və bu sistem ayrı-ayrı tərkib hissələrindən ibarətdir. Təşkilatın müvəffəqiyyətli idarə edilməsi bu tərkib hissələrin fəaliyyətinin optimal uzlaşdırılması və bütün səylərin ümumi məqsədlərə nail olunmasına istiqamətləndirilməsini nəzərdə tutur. Bunun üçün isə təşkilat daxilində səmərəli kommunikasiyaların qurulması tələb olunur.
Bu nöqteyi-nəzərdən Təşkilatın istifadə etdiyi kommunikasaiyalar iki böyük qrupa bölünür:
1. Təşkilatın xarici mühitlə münasibətlərdə istifadə etdiyi kommunikasiyalar
2. Təşkilatın daxilində qurulan kommunikasiyalar.
Bizens təşkilatları öz-özünə mövcud olan və özünü təmin edən sistemlər deyildirlər. Onlar xammal, enerji, informasiya təminatı baxımından, həmçinin istehsal etdikləri məhsul və xidmətlərin reallaşdırılması zərurətindən xarici mühitdən asılıdırlar. Bundan əlavə açıq sistemlər normal fəaliyyət göstərmək üçün xarici mühitdə baş verən dəyişikliklərə uyğunlaşmalıdırlar. Bunun üçün isə xarici mühitlə informasiya mübadiləsi həyata keçirilməlidir.
Cavab19

  1. kommunikasiyalarda informasiya mübadiləsi hesablar, xidməti qeydlər, təhriflər, izzahat yazıları və s. formasında həyata keçirilir.


  2. Muxtəlif bölmələr(şöbələr) arasında kommunikasiyalar. Yüksələn və enən kommunikasiyalarla bərabər təşkilat üfüqi kommunikasiyalara da ehtiyac duyur.

Təşkilat çoxlu bölmələrdən ibarət olduğuna görə bu bölmələrin vəzifələrinin bölgüsü və fəaliyyətlərinin koordinasiyası üçün onlar arasında informasiya mübadiləsinin olması zəruridir. Təşkilat qarşılıqlı əlaqəli elementlərdən ibarət olan bir sistem olduğuna görə, rəhbərlik bu ixtisaslaşmış elementlərin birgə işləyərək təşkilatı lazımi istiqamətdə hərəkət etdirməsinə nail olmalıdır.
3.Rəhbər-tabeçilikdə olan kommunikasiyası. Yəqin ki,təşkilatda kommunikasiyaların ən aşkar komponenti rəhbərlə tabeçilikdə olan arasındakı münasaibətlərdir. Bu münasibətlərin şaquli kommunikasiyaların bir növü olmasına baxmayaraq ,informasiya mübadiləsinin bu növünü ona görə ayrıca nəzərdən keçiririk ki, məhz bu kommunikasaiyalar rəhbərin kommunikativ fəaliyyətinin əsas hissəsini təşkil edir. Tədqiqatlar göstərir ki, rəhbərin kommunikativ fəaliyyətinin üçdə iki hissəsi idarəedən və idarəedilən arasında reallaşır.
Rəhbərlə tabeçilikdə olan arasında informasiya mübadiləsinin çoxsaylı növlərindən bəziləri tapşırıqların ,prioritetlərin və gözlənilən nəticələrin izah edilməsi; bölmənin problemlərinin həllinə cəlb
Kommunikasiya prosesi iki yaxud daha çox adam arasında informasiya mübadiləsidir. Kommunikasiya prosesinin əsas məqsədi mübadilə predmeti olan informasiyanın dərk edilənliyinin təmin edilməsidir. Lakin informasiya mübadiləsi faktı informasiyada iştirak edən insanların ünsiyyətinin səmərəliliyi barədə zəmanət verir.

Cavab 20
. Kommunikasiya prosesinin əsas məqsədi mübadilə predmeti olan informasiyanın dərk edilənliyinin təmin edilməsidir. Lakin informasiya mübadiləsi faktı informasiyada iştirak edən insanların ünsiyyətinin səmərəliliyi barədə zəmanət verir.


İnformasiya mübadiləsi prosesini və onun səmərəlilik şərtini daha yaxşı başa düşmək üçün həmin prosesin mərhələləri barədə təsəvvürə malik olmaq lazımdır. İnformasiya mübadiləsi prosesində 4 baza elementini fərqləndirirlər:

  1. Göndərən-ideyanı verən yaxud informasiyanı toplayıb ötürən şəxs.

  2. Məlumat-simvolların köməyilə kodlaşdırılmış informasiya.

  3. Kanal-informasiyanın ötürülmə vasitəsi.

  4. Qəbul edən-informasiyanın nəzərdə tutduğu və onun mənasını dərk edən şəxs.

İnformasiya mübadiləsi prosesində göndərən və qəbul edən bir neçə qarşılıqlı əlaqəli mərhələni keçirlər. Onların vəzifəsi informasiyanı elə tərtib etmək və onun ötürülməsi kanalını elə istifadə etməkdir ki, hər iki tərəf ilkin ideyanı başa düşsün və onunla razılaşsın. Beləki mübadilə prosesinin hər bir mərhələsində məna dəyişə və itirilə bilər. Bu mərhələlər aşağıdakılardır:



  1. İdeyanın yaranması.

  2. Kodlaşdırma və kanalın seçilməsi.

  3. Ötürmə.

  4. Dekodlaşdırma.

Cavab21-22

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin