Bu mövzuda biz onların əsas xarakteristikalarını nəzərdən keçirəçəyik, sonra isə onların qarşılıqlı əlaqəsini müzakirə edəcəyik.
Cavab 13
Insanlar-istənilən idarəetmə modelinin mərkəzi amilidir .
İdarəetməyə situasiya mövqeyindən yanaşmaya görə insan amilinin üç aspekti qəbul edilir;
Ayrı-ayrı insanların davranışı və onların qrupda davranışı
Rəhbərin davranışının xarakteri
Menecerin lider rolunda fəaliyyəti və onun ayrı-ayrı insanların və qrupların davranışına təsiri
Insanın cəmiyyətdə və iş yerində özünü necə aparması şəxsiyyətin fərdi xarakteristikaları ilə xarici mühitin mürəkkəb uzlaşmasının nəticəsidir.
Şəxsiyyətin fərdi xarakteristikaları aşağıdakılardır;
Qabiliyyət
Qabiliyyət.Insanların bir- birindən daha aşkar şəkildə fərqləndiyi cəhət, insana xas keyfiyyət olan fərdi qabiliyyətdir.
Eyni işi yerinə yetirmək üçün birində daha yüksək qabiliyyət, digərində isə az olur. Qabiliyyətdəki müxtəlifliklər müəyyən qədər irsi olduğu hesab edilir. Buna əqli qabiliyyət, fiziki qabiliyyət və s.aid edilir.
Qabiliyyət insanları bu və ya digər vəzifəyə seçən zaman, onlara müəyyən işləri tapşıran zaman istifadə edilir. Qabiliyyət dəyişə bilən xarakteristikadır.
Meyillilik, talant. Meyl və istedad qabiliyyətlə sıx bağlı olan xarakteristikadır. Meyllilik insanda konkret bir işin yerinə yetirilməsi üçün olan potensialdır. Irsi keyfiyyətlər və qazanılmış təcrübənin nəticəşi olan meyllilik və istedad müəyyən sahədə aşkar olan talanta cevrilir. Istedadın təsiri musiqi, idman və s. kimi sahələrdə daha aşkar görünür. Müəyyən sahədə meyllilik isə qabiliyyətin qazanılmasını asanlaşdırır.
Insanların tələbatları-fərdi xarakteristika kimi.Tələbatlar insanin nəyinsə çatışmadığını psixoloji yaxud fizioloji cəhətdən hiss etdiyi daxili vəziyyətidir.
Insanın tələbatları beş şərtə bölünür
Fizioloji təlabatlar
Xarici mühitdən fiziki və psixoloji müdafiəyə təlabat və gələcəkdə fizioloji tələbatın ödənilməsinə inama tələbat
Ünsiyyətə təlabat
Hörmətə tələbat
Özünü reallaşdırmağa təlabat
Birinci iki tələbat insanın ilkin tələbatlarıdır.bunlar ödənilməyincə digər təlabatlar baş qaldırmır. Idarəetmə mövqeyindən təlabatın əhəmiyyəti ondan ibarətdir ki, rəhbərlik elə şərait yaratmalıdır ki, insanın tələbatlarının ödənilməsi təşkilatın məqsədlərinin reallaşmasına gətirib çıxarsın.
Cavab 14
Təşkilata xarici mühitin bir çox amilləri təsir göstərə bilər. Xarici mühit amillərin təsirinin ciddilik dərəcəsini düzgün qiymətləndirmək, və təşkilatın fəaliyyətində onlara münasibəti müəyyənləşdirmək üçün xarici mühitin əsas xarakteristikalarını öyrənmək lazımdır.
Biznes təşkilatlarının xarici mühiti aşağıdaki xarakteristikalara malikdir.
Xarici mühit mütəhərrikdir (dinamikdir). Mütəhərriklik təşkilatın xarici mühitində baş verən dəyişikliklərin sürətidir. Bir cox tədqiqatçılar göstərirlər ki, müasir təşkilatların xarici mühitin getdikcə artan sürətlə dəyişir. Lakin, bu meyllərin ümumi formasına baxmayaraq, bir sıra təşkilatlar vardır ki, onların ətrafındakı mühit daha dinamikdir. Tədqiqatcılar sübut etmişdilər ki, əczacılıq, kimya, elektronika, avio-kosmik, biotexnoloqiya, İKT sahələrində fəaliyyət göstərən təşkilatların mühitində texnologiya və rəqabət mübarizəsini parametrlərinin dəyişmə sürəti daha yüksəkdir.
Bundan başqa, xarici mühitin mütəhərrikliyi təşkilatın bir bölməsi üçün digər bölmələrə nisbətən daha yüksək ola bilər. Məsələn bir çox firmalarda tədqiqatlar və innovasiyalar bölməsi baş verən bütün texnoloji yenilikləri izləməli olduğundan onun xarici mühiti, digər bölmələrin xarici mühitinə nisbətən daha dinamikdir. Sürətlə dəyişən mühit şəraitində fəaliyyətin mürəkkəbliyini nəzərə alaraq təşkilat yaxud onun bölməsi öz daxili dəyişənləri barədə səmərəli qərarlar qəbul etmək üçün daha çox və müxtəlif informasiyaya əsaslanmalıdırlar.
Xarici mühit amilləri qarşılıqlı əlaqəlidir. Qarşılıqlı əlaqəlilik bir amilin dəyişməsinin digər amillərin dəyişməsinə təsir gücüdür. Təşkilat daxili dəyişənlərdən birinin dəyişməsi digərlərinə təsir göstərdiyi kimi, xarici mühitin də bir amilini dəyişməsi digərlərində dəyişiklikləri şərtləndirir. Artıq rəhbərlər xarici mühit amilləri bir-birindən ayrılmış şəkildə təhlil edə bilməzlər. Onlar başa düşməlidirlər ki, bu amillər qarşılıqlı əlaqəlidirlər və dəyişəndirlər.
Xarici mühit mürəkkəbdir. Mühitin mürəkkəbliyi dedikdə təşkilatın reaksiya verməli olduğu amillərin sayı, həmçinin hər bir amilin variantlılığı başa düşülür. Əgər təşkilata dövlətin qərarları, həmkarlarla tez-tez yeni müqavilələrin bağlanması, çoxsaylı rəqiblər, dinamik texnoloji dəyişmələr təsir göstərirsə bu zaman demək olar ki, bu təşkilat cəmi bir neçə tədarükçüsü, bir neçə rəqibi olan və həmkarlar təşkilatının olmadığı təşkilata nisbətən daha mürəkkəb mühitdə fəaliyyət göstərir.
Xarici mühit qeyri-müəyyəndir. Xarici mühitin qeyri-müəyyənliyi təşkilatın malik olduğu informasiyanın kəmiyyəti, həmçinin bu informasiyanın etibarlılığından asılı olan funksiyadır. Əgər informasiya azdırsa və onun dəqiqliyinə şübhə vardırsa xarici mühit daha çox qeyri müəyyən olur. Biznes getdikcə daha qlobal fəaliyyətə çevrildiyindən getdikcə daha cox miqdarda informasiya tələb olunur, lakin onun dəqiqliyinə inam azalır. Xarici ekspertlərin mülahizələrindən yaxud xarici dildə yazılmış analitik materiallardan asılılıq qeyri-müəyyənlik səviyyəsi nə qədər yüksəkdirsə səmərəli qərarlar qəbul etmək o qədər çətindir.
Cavab 15
Birbaşa təsir mühiti və onun əsas amilləri.
Açıq sistemlər prinsipinə əsaslanmaq istəyən rəhbərin qarşılaşdığı birinçi problem xarici mühitin müəyyən edilməsidir. Belə ki, dünya böyükdür və onda olan bütün amilləri öyrənməyə çəhd etmək, boş yerə enerji sərf etməkdən başqa bir şey deyildir.Buna görə də rəhbərlik xarici mühitin ançaq o aspektlərini nəzərə olmalıdır ki, təşkilatın müvəffəqiyyəti onlardan həlledici dərəcədə olsun.
Xarici mühitin müəyyən edilməsinin və təşkilata onun təsirinin qiymətləndirilməsinin asanlaşdırılması üsullarından biri xarici amillərin iki əsas qrupa bölünməsidir. Bunlar aşağıdakılardır:
Bir başa təsir mühiti
Dolayi təsir mühiti
Birbaşa təsir mühiti özündə təşkilata bilavasitə təsir göstərən və özüdə təşkilatın əməliyyatlarının təsirinə bilavasitə məruz qalan amilləri birləşdirir. Bu amillərə aşağıdakılar aidir
Tədarükcülər