Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir


Ağıl yaxud intellektual qabiliyyət



Yüklə 0,57 Mb.
səhifə25/30
tarix10.09.2023
ölçüsü0,57 Mb.
#142511
1   ...   22   23   24   25   26   27   28   29   30
cavab menecment 2

1. Ağıl yaxud intellektual qabiliyyət
2. Başqaları üzərində üstünlük yaxud ağalıq
3. Özünə inam
4. Aktivlik və enerjililik
5. Işi bilmək
Cavab67 Təşkilatda menecer olmaq və lider olmaq eyni şey deyildir. Menecer öz tabeçiliyində olanların işinə və onlarla münasibətlərin qurulmasına öz təsirində hər şeydən əvvəl hakimiyyətin və onun mənbələrinin vəzifə əsasını istifadə edir və ona əsaslanır. İdarəetmədə spesifik münasibətlər tipi olan liderlik daha çox qarşılıqlı sosial münasibətlər prosesinə, daha dəqiq desək, təşkilatda qarşılıqlı təsirlərə əsaslanır. Bu proses daha mürəkkəbdir və iştirakçıların qarşılıqlı asılılığının daha yüksək səviyyəsini tələb edir. İdarəetmədən fərqli olaraq liderlik təşkilatda tabeçilikdə olanların deyil, davamçıların olmasını nəzərdə tutur.
Qabiliyyət və bacarıq vasitəsilə yaxud insanlara lazım olan digər resurslar vasitəsilə təsir etmək prosesi qeyri – formal liderlik adlanır. Liderlik mövqeyinin qeyri – formal xarakteri daha çox dərəcədə hakimiyyət və onun mənbələrinin şəxsiyyət əsaslarının istifadəsi ilə şərtlənmişdir. Liderlik üçün ideal hal isə hakimiyyətin hər iki əsasının səmərəli uzlaşmasının istifadə edilməsidir.
Liderlik probleminin öyrənilməsi prosesinin gedişində alimlərin tərəfindən bu anlayışın müxtəlif tərifləri təklif olunmuşdur. C. Terriyə görə - Liderlik – insanları ümumi məqsədlərə nail olunmasına sövq etməklə onlara təsirdir. R. Tonnenbaum, İ. Veşler və F. Massarik liderliyi müəyyən situasiyada kommunikasiya prosesinin köməyi ilə təzahür edən spesifik məqsədə yaxud məqsədlərə nail olunmasına istiqamətlənmiş, adamlararası qarşılıqlı təsirdir. Q.Kunts və S. O' Donnel hesab edir ki, liderlik insanlara, ümumi məqsədlərə nail olunmasını izləyən qarşılıqlı təsirlə bağlıdır.
Cavab68«X» və «Y» nəzəriyyəsi menecerlərin hərəkətlərini, onun idarəetmə fəaliyyətini izləyən amerikalı sosial psixoloq Duqlas MakQreqorun nəzəriyyələridir. MakQreqorun nəzərriyyəsinin sadəliyi və aydınlığı onların məşhurlaşmağına və problemə belə bəsit baxış üçün tənqid olmasına səbəb olmuşdu.
MakQreqor menecerlərin onlara tabe olanları ən azı iki üsul ilə idarə etdiklərini iddia edirdi. Bu üsullar insan təbiətinə iki müxtəlif baxış bucağının nəticələridirlər. Prinsipcə neqativ olan («X» nəzəriyyəsi despotikdir) və prinsipcə müsbət olan («Y» nəzəriyyəsi demokratikdir). Menecerlərin onlara tabe olan insanlara münasibətlərini izləyərək MakQreqor belə bir nəticəyə gəlmişdi ki, onların insan təbiətinə baxışları müəyyən təxmin sisteminə əsaslanır və bu sistem sonunda menecerlərə tabe olan insanlara qarşı münasibətlərini idarə edirlər.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin