Təşkilati quruluş. Heyətin idarə edilməsində onun quruluşu və tərkibinin formalaşması qanunauyğunluqlarının və ona təsir edən amillərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Firma və şirkətlərdə bir qayda olaraq aşağıdakı struktur növləri vardır:
Təşkilatı struktur
Növləri: a) Xətti idarəetmə strukturu.
Burada subyektlər arasında birtərəfli əlaqə vardır. K - baş icraçı direktor (CEO), Л – xətti rəhbər, B – icraçılar. Başda idarəedən, ona digər aşağı struktur bölmələrin rəhbərləri tabe olur, eyni zamanda, onlara da tabe olan işçilər vardır. Bu strukturun xüsusiyyəti ondadır ki, hər bir işçinin tabe olduğu yalnız bir müdir var. Bu cür struktur indiki zamanda nadir hallarda istifadə olunur, istifadə olunduqda isə adətən kiçik və sadə texnologiyalı müəssisələr tərəfindən. Üstün cəhətlər: sadəlik, dəqiqlilik, qənaətçilik, məntiqlilik; mənfi cəhətlər: xətti struktur çevik olmur və baş verən dəyişikliklərə dərhal reaksiya verə bilmir. Nümunə olaraq, yerli əhalidən alınan xammal vasitəsilə pərakəndə satışı həyata keçirən mağaza və yaxud istehsal ilə məşğul olan kiçik fabriki gətirmək olar.
b) Funksional. Xətti idarəetməyə əks olaraq, burada bölmələr arasında funksiyaların bölüşdürülməsi baş verir, hər bir aşağı bölmənin meneceri yuxarı pillədə mövqeyini tutan bir neçə menecerə tabedir, nəticədə yüksək ixtisaslaşma yaranır, xərcləri azaltmaq mümkün olur. Yəni burada hər bir bölmə yuxarıda duran bir neçə rəhbərin təlimatını alır, və ümumilikdə bütün təşkilat üçün çalışır. Məsələn, marketinq departamenti bütün satış və marketinq fəaliyyətlərinə görə məsuliyyətlidir, maliyyə və mühasibat şöbəsi isə bütün şirkətin maliyyə məsələləri ilə məşğul olur.B
K - baş icraçı direkto (CEO), Ф – xətti rəhbər, B – icraçılar.
Bu cür təşkilatlar metallurgiya, sənaye sahələrində xammal istehsal edən, və ya mebel istehsalı, kiçik fabriklərdə istehsal fəaliyyətli ilə məşğul təşkilatlardır. Funksional struktur geniş çeşidli məhsul istehsal edən, dünya miqyaslı istehlakçı tələbləri və texnologiyası dəyişən təşkilatlara uyğun deyil.