Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova



Yüklə 110,18 Kb.
səhifə7/13
tarix28.11.2023
ölçüsü110,18 Kb.
#169207
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Menecment kafedrasn n m llimi A. O. M mm dova (2)

Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti ƏM-də nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.İstifadə olunmayan məzuniyyət günlərini işçi il ərzində götürə bilər, götürmədiyi halda isə o günlərin təzminatı ona ödənilir.
Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası. Əmək stajından asılı olaraq işçilərə:
beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;
on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;
on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən az olmayaraq əlavə məzuniyyətlər verilir.
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 
Əmək fəaliyyətində fasilə zamanının təsnifatı:

  • Fasilə vaxti (təşkilati-texniki səbəblərdən olar bilər, məs., əgər kompyuter və ya digər avadanlıq çalışmırsa, iş vaxtı isə onun təmirinə sərf olunursa; işin gözləntisi səbəblərindən ola bilər, məs., material axtarışı, sənədləşmə, digər şöbələrdən xəbər gözləmə və s.);

  • İstirahət fasiləsi (nahar);

  • Əmək intizamının pozulmasına görə fasilə (işə gecikmələr, işi vaxtından əvvəl tərk etmək, nahar vaxtını uzatmaq və s.);


Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin