4
TAXES.GOV.AZ | E-TAXES.GOV.AZ
Gəlirdən çıxılmayan xərclər barədə
ў
əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital
xarakterli digər xərclər;
ў
amortizasiya
olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan
əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların
yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və
onların balans dəyərini artırır.
Qeyd: Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər
kapitallaşdırılaraq vergi ilinin sonuna qalıq dəyərinə 7 faizədək
amortizasiya norması tətbiq etməklə amortizasiya olunur.
ў
qeyri-kommersiya fəaliyyəti ilə bağlı
olan xərclər;
ў
əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial
xarakterli xərcləri;
ў
öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması,
habelə xarici
sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə
sığorta haqları;
ў
fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan
xərcləri;
ў
faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi.
Qeyd: Ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər
hansı
digər vergilərin, hesablanmış faizlərin, maliyyə
sanksiyalarının və inzibati cərimələrin də gəlirdən çıxılmasına yol
verilmir.
MƏNFƏƏT VERG
İSİ
MƏNFƏƏT VERG
İSİ
Azadolmalar barədə
Aşağıdakılar vergidən azaddır:
ў
qeyri-kommersiya təşkilatlarının aldıqları
əvəzsiz köçürmələr, üzvlük
haqları və ianələr;
ў
alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə
aid edilən məbləğlərdən başqa);
ў
dividendlərin ödənilməsinə yönəldilən
hissəsi istisna olmaqla, təhsil
müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin
təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti;
ў
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq dövlət
büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
ў
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən
sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən gəlirləri
Dostları ilə paylaş: