İstifadəsi
üzrə təlimat
MENTAT tablet
MENTAT
Tərkibi
Нəг tabletin tərkibində olan aktiv komponentlər:
Ekstraktlar:
Bakopa monyeri (Bacopa monnieri)
136 mq
Asiya sentellası (Centella asiatica)
70 mq
Vitaniya (Withania somnifera)
52 mq
Evolvulus (Evolvulus alsinoides)
52 mq
Yatamansi (Nardostachys jatamansi)
52 mq
Pişikotu (Valeriana wallichii)
50 mq
Yalançı qara bibər (Embelia ribes)
50 mq
Badam (Prunus amygdalus)
50 mq
Adi air (Acorus calamus)
42 mq
Tinospora (Tinospora cordifolia)
36 mq
Haritaki (Terminalia chebula)
36 mq
Emblika (Emblica officinalis)
36 mq
Dukudu yağı (Celastrus paniculatus)
32 mq
Hind oroksilumu (Oroxylum indicum)
32 mq
Tozlar:
Bakopa monyeri (Bacopa monnieri)
80 mq
Səhləb (Orchis mascula)
18 mq
Məxməri paxlalar (Mucuna pruriens)
18 mq
Kardamon (Elettaria cardamomum)
18 mq
Arjuna terminaliyası (Terminalia arjuna)
18 mq
Razyana (Foeniculum vulgare)
18 mq
Botat meyvə kökü (Ipomoea digitata)
18 mq
Zəncəfil (Zingiber officinale)
14mq
Terminalia belerika (Temninalia belerica)
14 mq
Cövüz (Myristica fragrans)
14 mq
Mixək (Syzygium aromaticum)
10 mq
Mirvari (Mukta pishti)
3 mq
Farmakoterapevtik qrupu
Bioloji aktiv əlavə
Farmakoloji xassələri
Mentat sinir impulslarının, QAYT-ergic sistemin hesabına, xolinergik sinapslarda öturülməsini
tənzimləməklə baş beyin funksiyalarını gücləndirir. Baş beyinin alın qabığında olan xolinergik muskarin
reseptorlarının fəaliyyətini normallaşdırmaqla Mentat əqli göstəriciləri, yaddaşı, diqqəti gücləndirir və
gərginliklərə qarşı davamlılığı artırır. Mentat müxtəlif narahatçılıq vəziyyətlərində artan tribulinin
(monoamin oksidazanın endogen inhibitoru) səviyyəsini azaldır. Mentat eyni zamanda diqqət
yayınmalarında və davranış pozulmalarında çox faydalıdır. Postsinaptik dopamin reseptorlarını stimulə
edərək, Mentat Parkinson xəstəliyi olan xəstələrə kömək edir. Sakitləşdirici təsiri hesabına Mentat
qıcolma və yuxusuzluqda faydalıdır. Mentat artikulyasiyanı yaxşılaşdırır və nitq qüsurlarını aradan
qaldırır.
İstifadəsinə göstərişlər
1. Yaddaş pozulmaları:
• diqqət yayınmaları
• konsentrasiyanın itməsi
• dil və öyrənmə sahəsində bacarıqsızlıq
• alkoqola meyillik
2. Davranış pozulmaları:
• hiperkinetik vəziyyətlər:
• ictimai qaydalara zidd davranış
• isterik hallar
• aqressiv davranış
• enurez
3. Narahatlıqlarla bağlı stress və əsəb gərginlikləri
4. Əqli yorğunluq
5. Nitq qüsurları
6. Əqli inkişafın zəifləməsi hallarını aradan qaldırmaq üçün dəstəkləyici müalicə kimi
7. Epilepsiya, Altsheymer və Parkinson xəstəlikləri zamanı köməkçi vasitə kimi
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq olan insanlarda istifadə etmək olmaz.
İstifadə qaydası ve dozası
Daxilə.
2 tabletdən günda 2 dəfə.
Ağır və xroniki vəziyyətlərdə yüksək doza məsləhət görülür.
Xəbərdarlıqlar
Mentat ümumi anesteziyanın təsirini gücləndirdiyinə görə ümumi anesteziya altında cərrahiyyə əməliyyatı
olunmazdan 1-2 həftə əvvəl preparatın qəbulunu dayandırmaq lazımdır.
Əlavə təsirləri
Aşkar olunmayıb.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Mentat karbamazepin və defininin mənimsənilməsini artırır. Natrium valproat ilə qarşılıqlı təsiri yoxdur.
Xüsusi xəbərdarlıq
Yoxdur.
Buraxılış forması
50 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetk flakon içlik vərəqə ilə birgə karton qutuya
yerləşdirilir.
Saxlanma şəraiti
+25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır. Dondurmamaq!
Yararlılıq müddəti
3 ildir. Qutunun üzərində göstərilan yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
«The Himalaya Drug Company» -
firması tərəfindən istehsal olunur.
Makali, Bangalore 562 123, Hindistan
www.himalayahealthcare.com
® - qeydiyyata alınmış ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com