5.2.5. Sitatların və mənbələrin göstərilməsi Tədqiqatçı apardığı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə
göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların
gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da
ondan istifadə qaydaları bütün sahələrə şamil edilir.
Kənar mənbələrdən olan elmi nəticələrdən istifadə etmək qadağan deyil.
Burada əsas diqqət onların işdə necə istifadə edilməsi və dəqiq
göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer alması baş verir ki,
bu da yol verilməzdir (bax: Bölmə 7.3).