Yazma metodikası
105
7. Sitatların əlyazmada göstərilməsi zamanı onların mütləq vahid formada
tərtibinə çalışmaq lazımdır.
8. Xarici dildə olan sitatlardan imkan daxilində az istifadə edilməsi
məsləhət görülür, çünki onun azərbaycan dilinə tərcüməsi tələb olunur.
Xarici dildə olan sitatlardan yalnız o zaman istifadə əlverişlidir ki, onun
nisbətən dəqiq, başqa interpretasiyalara yol verməyən tərcüməsi mövcud
olsun. Bu sitatlardan istifadə tədqiqatçının xarici dil səviyyəsini
yoxlamaq üçün nəzərdə tutulmur. Yazma zamanı başqa tərcümələrin də
istifadəsinə yol verilir. Bu halda tərcüməçinin adını altsətirdə qeyd
etmək lazımdır.
Mətndə aşağıdakı sözlərdən istifadə etməklə oxucunun diqqətini sitata
yönəltmək olar: “məlum olduğu kimi...”, “əgər nəzərə alsaq ki,...”, “təkcə
bu doğru deyil ki,...”, “ və bu da tamamilə doğrudur...” və i.a.
Sitatların göstərilməsində ilkin və yoxlanmış mənbələrdən istifadə
etmək məqsədəuyğundur.
Dostları ilə paylaş: