Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   26   27   28   29   30   31   32   33   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

9.1.
 
Bazar mexanizmi və onun elementləri. 
 
Bazar iqtisadiyyatı sistemində özütənzimlənən mexanizm kimi, bazar 
mexanizmindən istifadəsiz bazar mümkün deyil. Bazar mexanizmi bazar 
subyektləri və onların məhsul istehsalı və satışında, həmçinin kapital qoyuluşu 
sahəsində maraqlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini təmin edir. 
Məlumdur ki, istənilən təsərrüfat mexanizmi qarşılıqlı əlaqədə olan elementlərin 
məcmusudur, elementlərin hərəkət dinamikasını, həmçinin iqtisadi sistemin 
təşkilati quruluşunu müəyyənləşdirən iqtisadi qanunlar sistemidir. 
Bazar mexanizmi bazarın əsas elementlərinin və bazarın əsas iqtisadi 
qanunlarının qarşılıqlı əlaqə və s. qarşılıqlı təsir mexanizmidir. Bazarın əsas 
elementləri, ünsürləri dedikdə tələb, təklif, qiymət, rəqabət, inhisar nəzərdə tutulur. 
Bunlar bir-biri ilə sıx bağlı olan, biri digərini tələb edən, bəzən isə biri digərini 
məhdudlaşdıran tənzim edən iqtisadi kateqoriyalardır. 
9.2.
 
Dəyər qanunu, mahiyyəti və funksiyaları. 
 
Dəyər qanunu əmtəə, istehsalının ümumi iqtisadi qanunudur. Bu qanuna görə 
əmtəə istehsalı və mübadiləsi və deməli iqtisadiyyatın nisbətlərinin 
müəyyənləşdirilməsi ictimai zəruri əmək sərfinə müvafiq olaraq həyata keçirilir. 
Dəyər qanununun mahiyyəti onun funksiları vasitəsilə reallaşır. 
a)
istehsal sahələri və dairələr arasında əmək, kapital və təbii resursların 
bölgüsü. Bu o deməkdir ki, dəyər qanunu kortəbii olaraq istehsal 
vasitələri və işçi qüvvəsinin iqtisadiyyatın müxtəlif sahələri araında 
yenidən bölgüsünü həyata keçirir. 
b)
əmək məhsuldarlığının artması və elmi texniki tərəqqinin 
həvəsləndirilməsi. Bu o deməkdir ki, dəyər qanunu məhsuldar qüvvələri 
inkişaf etdirir. 
c)
Əmtəə istehsalçılarının təbəqəşməsi. Bu funksiyanın mahiyyəti o 
deməkdir ki, əmtəə istehsalçıları arasında təbəqələşmə baş verir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin