Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   26   27   28   29   30   31   32   33   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

9.5.
 
Tələb və təklif. 
Tələb ayrı-ayrı şəxslərin, cəmiyyət üzvlərinin müəyyən dövr ərzində məhsul və 
xidmətlərdən müəyyən qiymətdə, müəyyən kəmiyyədə əldə etmək arzusudur. 
Onların tələblərinin yerinə yetirilməsi, malik olduqları pulun miqdarından asılıdır. 
Tələbin həcmi dedikdə konkret zaman kəsiyində alıcının müəyyən qiymətə 
almaq istədiyi əmtəənin həcmi nəzərdə tutulur. 
Təklif dedikdə bazarda mövcud olan və ya bazara çıxarıla biləcək məhsul və 
xidmətlərin məcmusunəzərdə tutulur. Təklif satıcının müəyyən dövr ərzində hər 
hansı bir əmtəəni müəyyən qiymətə, müəyyən miqdarda satmaq arzusu və 
imkanıdır. Təklif bazarın maddi əsasını təşkil etməklə, təkrar istehsal prosesinin 
fasiləsizliyini təmin edir. 
Mövzu 10. Bazar iqtisadiyyatında ev təsərrüfatı. 
10.1.
 
Ev təsərrüfatı və ailənin iqtisadi fəaliyyəti. 
Ailə və ev təsərrüfatı bazar iqtisadiyyatında bir və ya bir neçə şəxsdən ibarət 
olan, müstəqil surətdə qərarlar qəbul edən tələbatlarını maksimal ödəməyə çalışan 


25 
və onlara müəyyən üstünlük verən, hər hansı bir istehsal amilinin sahibi olan insan 
kapitalının istehsalını və təkrar istehsalını təmin edən iqtisadi vahiddir. 
Ailə-həyat fəaliyyəti fərdin, ailənin və ümumilikdə cəmiyyətin sosial, iqtisadi 
və mənəvi tələbatını ödəməyə yönəldilmiş bir qayda olaraq dərk edilmiş qohumluq 
əlaqələrinə və məişətin ümumiliyinə əsaslanan şüurlu təşkil olunmuş kiçik insan 
qruplarına deyilir. 
Hər bir cəmiyyətdə ailə əmtəə və xidmətlər istehsalı və bölgüsündə həmişə əsas 
qüvvə olub. Üzvlərinin təmiz adının zəmanətçisi kimi, ailə xüsusilə uşaqların 
dünyaya gətirilməsi və onlara qulluq edilməsi və onların tərbiyyə olunması, qida 
ilə təminatında, xəstəliklər və başqa təhlükələrdən qorunmasında vacibdir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin