3
Ekonomiya – yunan sözləri oykos – ev , təsərrüfat və nomos – məharət, qanun sözlərindən
yaranmışdır. Təsərrüfatın
məharətli idərə edilməsi, aparılması mənasını verir.
Ekonomika (iqtisadiyyat) – iqtisadiyyatın bir sistem halında, onun, elementlərinin əlaqəli
şəkildə öyrənilməsi haqqında elmdir.
Siyasi iqtisad – yunan sözləri politeyya – dövlət
quruluşu, oykos və nomos sözlərindən əmələ
gəlib, dövlət təsərrüfatının bacarıqla, məharətli idarə edilməsi mənasını verir.
Ekonomiks – XIX əsrin sonunda məhdud iqtisadi resurslardan istifadə haqqında
iqtisad
elminin adı kimi istifadə edilmişdir. Bu dövrdə dövlətin iqtisadiyyata müdaxiləsinin əksinə çıxış
edən neoklassiklər «Siyasi iqtisad» adından birinci hissəni «politeyya» sözünü (dövlət)
görünməklə «ekonomiks» adına üstünlük vermişlər.
İqtisadi nəzəriyyə – təsərrüfatın aparılması, idarə edilməsi haqqında mühüm nəzəriyyələri
birləşdirən elm kimi müasir dövrdə iqtisad elminin adıdır.
«Ekonomika»
(İqtisadiyyat), «siyasi iqtisad», «ekonomiks»« və «iqtisadi nəzəriyyə»
məfhumlarının təkamülü
tarixi səbəblərlə şərtlənib, mahiyyət etibariləisə bunlar daim inkişafda
olan
və iqtisadi hadisələri, təsərrüfatçılıq proseslərini müxtəlif qarşılıqlı əlaqə və qarşılıqlı
asılılıq səviyyələrində tədqiq edən eyni bir elmin adlarıdır. İfadəolər, yanaşmalar dəyişir, elm və
ayrı-ayrı adamların, qrupların və bütövlükdə cəmiyyətin iqtisadi həyatı haqqında elm olaraq
qalır.
Mövzu 2. İqtisadi nəzəriyyənin
Dostları ilə paylaş: