predmeti və metodu 1.İqtisadi nəzəriyyənin predmeti. 2.İqtisadi proseslərin tədqiqat metodları. 3.İqtisadi qanun və kateqoriyalar. 4.İqtisadi nəzəriyyənin vəzifələri. 5
.İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət. 1.İqtisadi nəzəriyyənin predmeti. Hər bir elm kimi iqtisadi nəzəriyyənin də öz predmeti, tədqiqat sahəsi vardır. Onun
predmeti, tədqiqat obyekti haqqında nəzəriyyəçilərin fikirləri müxtəlifdir. Belə ki, iqtisadi hadisə
və proseslərin ilk tədqiqatçıları olan klassik məktəblərinin nümayəndələrinə görə iqtisad elminin
predmeti milli sərvətdir. Milli sərvət anlayışında da baxışlar müxtəlifdir. Merkantelistlərə görə
pul (qızıl, gümüş) milli sərvət hesab olunur. Fizokratlara görə kənd təsərrüfatı məhsulları milli
sərvət hesab olunurdu. Klassik ingilis siyasi iqtisadın nümayəndələrindən olan A.Smit milli
sərvət anlayışını genişləndirərək sənaye kənd təsərrüfatı, tikinti meşə təsərrüfatı və s. sahələrini
ehtiva edən maddi istehsalın məhsulunu milli sərvət hesab edirdi. Bu məktəbin digər
nümayəndəsi D.Rikardo iqtisadi nəzəriyyənin predmetinə milli sərvətlə yanaşı onun bölgüsünü
də daxil etmişdir.
Marksizmə görə isə iqtisadi nəzəriyyənin predmeti əsasını mülkiyyət münasibətləri təşkil
edən istehsal münasibətləridir. İstehsal münasibətləri həyat nemətlərinin istehsalı, mübadiləsi,
bölgüsü və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir.
Marjinalistlər iqtisadi nəzəriyyənin predmetinin fərdlərin və sosial institutlarının (firma,
qrup və s.) davranışı, onların öz məqsədlərinə çatma yolları və vasitələrinin təhlili olduğunu
bildirirlər.
Klassik siyasi iqtisadın və marjinalizmin əsas müddəalarını sintez etməyə cəhd etmiş,
A.Marşall ekonomiksin predmetini insan cəmiyyətinin normal həyat fəaliyyətinin tədqiqi kimi
müəyyən etmişdir.
Rol Saumelson « Ekonomiks» dərsliyində iqtisadi nəzəriyyənin çoxsaylı təriflərini verir və
göstərir ki, ekonomiks insanların gündəlik işgüzar həyatı və fəaliyyəti haqqında elmdir.
Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi nəzəriyyənin predmetinin resursların məhdudluğunu
öyrənən elm olması fikirləri də yayılmışdır. İqtisadi nəzəriyyənin predmetinə baxışlarının
4
müxtəlifliyini davam etdirmək də olar. Bütün bü müxtəlifliklər iqtisadi hadisə və proseslərin
dinamikliyi, iqtisadiyyatın mürəkkəbliyi, insanlar arasında iqtisadi münasibətlərin müxtəlifliyi
ilə əlaqədardır.