MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Zəhranın (ə) zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə69/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   65   66   67   68   69   70   71   72   ...   96
MƏRSİYƏLƏR (1)

Həzrət Zəhranın (ə) zəban halı 
Güllər üstündə yatan başına qurbanam, Hüseyn! 
Gözünü aç, sənə bu şəhridə mehmanam, Hüseyn! 
Dur oğul himmət elə-anana xidmət elə! 
Başının layiqi mətbəx deyil ey nuri-cinan, 
Sinəmə qoy başını olma bu qədri nigaran, 
Gəlmişəm şami-qəribanına qəlbim dolu qan, 
Bu qəfadan kəsilən başına qurbanam, Hüseyn! 
Bu müsibət büküb axır görürsən qamətimi, 
Səlb edib dildə cəfa əhli oğul taqətimi
Dur, özün dərk elə sinəmdə olan möhnətimi, 
Gəlmişəm cana bu gün dildə pərişanam, Hüseyn! 


194 
Həzrət Zeynəbin (ə) zəban halı (rovzə) 
Xudahafiz Hüseyn, ey sərvəri-əbrar, mən getdim, 
Cəvari-rəhmətindən ayrılıb naçar, mən getdim. 
Bu başsız ləşgərin, bu sən, bu dəşti-Kərbəla, 
qardaş, 
Zəmini-şurə zari eylə sən gülzar, mən getdim. 
Ölən ləşqər sənə çatdı, qalan ləşqər mənim oldu, 
Tamam oldu daxi bərnamə küştar, mən getdim. 
Ələmdarın ölübdü qoymaram mən pərçəmin 
yatsın, 
Sənə ollam özüm hər yerdə pərçəmdar, mən 
getdim. 
Sənə yas tutmağa nə qoydular, nə fürsətim oldu, 
Güzərgəhdi bu çöl, yoldan keçən ağlar, mən 
getdim. 
Olub nim-xiz əzan ver, karvanım qoy yola 
düşsün, 
Əgər çe sinənə oxlar edər azar, mən getdim. 
Diyari-Kərbəla doqquz gecə oldu bizə mə`va, 
Ağardı qüssəsindən zülfü-meşgin bar, mən 
getdim. 
Zeynəbin (ə) zəban halı 
Bu çuxur yer ətrafında özün haciyi-eşq, 
Zeynəbin yuxulamayan gözləri zəmzəm yaralı. 
Aləmü-Adəmə e`zazü-şərəf səndəndi, 
Sənilə topraq olub həzrəti-Adəm, yaralı. 
Kimdi Sə`d oğlu əsir eyliyə Zeynəb bacını, 
Sən əsir eyləmisən qoy belə aləm yaralı. 
Atəşin nitq ilə gedirəm fəth eləyəm, 
Dildə ləbbeyk Hüseyn sinəsi porqəm, yaralı. 


195 
Kufədə onda ki, Qur`an səsini allam, Hüseyn, 
Çubi-məhmilə vurram başı möhkəm, yaralı. 
Kərbəla qoy sənin olsun yatasan Əkbər ilə
Gedirəm mən də vuram Şamidə pərçəm, yaralı. 
Yığmısan dövrünə nazilə ay-ulduzlarını, 
Həmrəhim qara ləçəklərdi münəzzəm, yaralı. 
Bu Səkinəndi düşüb sinən üstə yaralı, 
Tökülür göz yaşı rüxsarinə nəm-nəm, yaralı. 
Gül boğazından Hüseynim, elə yerdən öpərəm, 
Nə atam, nə anam öpübdü, nə də xatəm, yaralı, 
Xeymələrdən ki, dünən əzm elədin ayrılasan, 
Can yığışdı sinəmə mən dedim ölləm, yaralı. 
Əl qoyub sinəmə etdin məni yol üstə dua, 
Təzə can gəldi mənim canıma kəm-kəm, yaralı. 
Kim kəsibdir o şəfabəxş əlini məqtəldə, 
Mən dünəndən betərəm bəs hanı mərhəm, yaralı. 
Zeynəbin şə`nü-vüqarı sənidin əvvəldən, 
Nə yatıbsan quru yerdə, bu nə aləm, yaralı? 
Mən görəndə kürəyin üstə yıxılmışdın, Hüseyn, 
Necə düşdün üzün üstə şəhi-ə`zəm, yaralı? 
Baxıram dildəki ox yarənə göynər ürəyim, 
Ürəyim yarənə qurban ola hər dəm, yaralı. 
Kaş öləydi bu çuxur yerdə bacın Zeynəb də, 
Dəfn edəydi o əşayir bizi bahəm, yaralı. 
Baxma çarəm kəsilibdir, gözü yaşlı gedirəm, 
Doyammadım səndən Hüseyn, ey qəmi müdğəm 
yaralı. 


196 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin