213
Yaxşı imdad elədi Xeyrün-nisa Əbbasidən.
Aldı Əbbasın səsin, verdi Hüseyn
fil-fövri səs,
Aşyanından
haman eşq olubdur bihəvəs,
Üz qoyub meydana dildə ah
çəkdi hər nəfəs,
Qıl kömək ya Rəbb dedi yoxdur mənə dadrəs,
Naümidəm, ey Xudayi-kibriya Əbbasidən.
Gəzdi meydanı yetib dildən düşən səqqasına,
Nəqş olub gördü vucudu Kərbəla səhrasına,
Baxdı qolsuz peykərə məcruh olan ə`zasına,
Ləblərin öpdü qoyub simasını simasına,
Gödü səs gəlir gözü başı yarə Əbassidən.
Həzrət Əbulfəzlin (ə) zəban halı Rövzə)
Səs ver səsimə, qətlimə qardaş tələsən var,
On yeddi nəfər bir yaralı başı kəsən var,
Mə`nadə anam Fatimə, qardaşım Həsən var,
Bu məhfili-alidə yerin boşdu yubanma.
Gahi dəyib ox, gahi dəyib daş bədənimdən,
Qan su tək axır torpağa qardaş bədənimdən,
Tə`xir eləsən ayrılacaq baş bədənimdən,
Sdəmə yetə ənguştərə qaş saxlaya bilməz,
Bir cismiki,qolsuz qala baş saxlaya bilməz.
Dostları ilə paylaş: