MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Əbbasın balinində İmamın zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə79/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   75   76   77   78   79   80   81   82   ...   96
MƏRSİYƏLƏR (1)

Əbbasın balinində İmamın zəban halı 
Qalan çöldə adamsız qardaşım vay! 
Yatan qan içrə yarü-yoldaşım vay! 
Səni kim saldı bu hala Əbülfəzl, 
Gözündən ox dəyən vay qardaşım vay! 
Belim sındı səni qolsuz görəndə, 
Sinəndən oxları bir-bir dərəndə, 
Xəcalət ölməyin nisgilli oldu, 
Dönüb əxyamə baxdın can verəndə. 
Edər ahım əsər almasa Zeynəb, 
Çağır gəlsin anamı yasa Zeynəb, 
Yığışsın qızlarım bu xeyməgaha, 
Hamımız ağlayaq Əbbasə, Zeynəb. 


216 
Əbbasın (ə) zəban halı 
Yerə qoy başımı sinən olub qan, 
Özün də xəstəsən ey şahi-ətşan, 
Bu axır ləhzədə bir xahişim var, 
Ölüncə başıma rahat verim can. 
Fələk qoysaydı əxyamə gedərdin, 
Ürəkdə bu səbəbdən çoxdur dərdim, 
Əlim olsaydı qalxıb saxlayardım, 
Gələn oxdan su məşkin hifz edərdim. 
Yıxıldım düşmənim əl çaldı, qardaş, 
Bu qovğadan fələk kam aldı, qardaş, 
Məni çox ağladan bu nisgilimdir, 
Bacım Zeynəb daha tək qaldı, qardaş. 
Neystanə tərəf çəkdim üqabı, 
Dolandırdım döşümdə məşki-abı, 
Səkinəndən əxa, şərməndə oldum, 
Özün aram elə ol delkəbabı. 
Əbbasın (ə) zəban halı
(Yaralı sinə) 
Səsləndi mənim düşdü işim müşkülə qardaş, 
Düşmən bu başım üstə edər həlhələ, qardaş, 
Qoyma yaralı baş düşə əldən-ələ qardaş, 
Tez gəl sürünüm mən qabağında üzü üstə, 
Əfv eylə dura bilməsə Əbbas ayaq üstə. 


217 
Aldı səsini qardaşım,can dedi qardaş, 
Din üstə düşən qollara qurban dedi qardaş, 
Gəlləm sənin imdadına əlan dedi, qardaş, 
Nə halilə Allah bilir mindi at üstə, 
Nəhr üstə yetirdi özünü şahi-xocəstə. 
Endi yerə at üstdən ol şəhpərin öpdü, 
Baxdı yumulan gözlərinə gözlərin öpdü,
Teşnə idi Əbulfəzl, quruyan ləblərin öpdü, 
Yanır sənə baxdıqca yanır yarəli sinəm, 
Əxyamidə gözlər yolunu nazlə Səkinəm. 
Mən Əbbasam, mənə səqqalar ağlar, 
Susuz əhvalıma dəryalar ağlar, 
Mənim hicranım ağlatdı Hüseyni, 
Ədəbli nökərə mövlalar ağlar. 
Hüseyni heç kəs haraya Əbulfəzl tək səsləməyib, 
Salanda möhnətini yada nəm-nəm ağlamışam, 
Otuz dörd ildi ya mövla demişdi sözünü, 
Vəli deyillər başı sınanda çağırdı qardaş. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin