MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə78/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   74   75   76   77   78   79   80   81   ...   96
MƏRSİYƏLƏR (1)

Ərze-hacət (rövzə) 
Gəl başım üstə olsa Hüseyn can, ləyaqətim, 
Axır nəfəsdə vardı sənə ərz-hacətim. 
Çox mayiləm dübarə görüm məh cəmalını, 
Qoyma ürəkdə qalsın amandır bu həsrətim. 


214 
Sən şahisən gələndə ayağa duranmasam, 
Mə`zur et ki, qəlbidə yox ayrı niyyətim. 
Bir hala qalmışam ki, özüm şərh edəmmərəm, 
Yoxdur ayağa durmağa bu dizlərdə taqətim. 
Əfv elə xeyməgahə sarı gələmməsəm, 
Nazlı Səkinədən bilirsən var xəcalətim. 
Sə`y elədim ki, məşkə xətər yetməsin, vəli, 
Məşk oxlanıb dağıldı su, heyf oldu zəhmətim. 
Qolsuz yıxılmışam yerə, düşmənlərim gəlir, 
Tab eyləyəmmirəm, məni öldürdü qeyrətim. 
Hasil gəlibdi dada Hüseyn şahi-teşnəqan,
Səsləndi aç gözün məni çox etmə bağrıqan. 
Qan laxtası yumub gözünü heyf görəmmisən, 
Salmış nə hala fovci-bəla qəmgüsarini. 
Aç qanilə dolan gözünü göz-gözə baxaq, 
Bir də görüm doyunca o çeşmi-xümarini. 
Çox olma del qəmgin ki, ayağa durammısan, 
Salma özünü zəhmətə ki, bildim işarəni. 
Ətşan Fərata daxil olub içmədin sudan, 
Artırdı dəhridə bu əməl e`tibarini. 
Nazlı Səkinəm indi çəkir intizarini, 
Gördü Hüseyn yoxdu dəxi rahi-çarəsi. 
Tab eləmir bu qəmdə deli parə-parəsi, 
Ağlar gözilə durdu ayağa o didətər, 
Üz qoydu xeyməgaha tərəf zarü-xuncigər. 
Qoyduqca hərdəm yerə ahəstə səslənir, 
Qardaş ölümü qardaşın axı belin bükər. 


215 
İmamın zəban halı rövzə) 
Səsləndi gəl bacı, evimi yıxdı qovmi-kin, 
Əbbasım öldü kama çatıb qovmi-xirə-sər. 
Yandı dilim, büküldü belim,öldü qardaşım, 
Əbbasın ölməyin ver özün qızlara xəbər. 
Amma Səkinədən bacı çox-çox müvazib ol, 
Bu qüssədən balam özün axır həlak edər. 
Su üstə verdi bir göz iki qol o bavəfa, 
Qoydu sizi qara günə bu çərxi-fitnəgər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin