MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə74/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   70   71   72   73   74   75   76   77   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin (ə) dərdi-deli 
Mən Zeynəbəm, sabit qədəm yolumda, 
Çəkildim bəzmi-zülmə ip qolumda, 
Vətəndə hər yerə qonaq gedəndə, 
Yeddi qardaş gedirdi sağü-solumda. 
Mən Zeynəbəm, Hüseynə həm rəviyyə, 
Böldük gələn bəlanı bis-səviyyə, 
Zəhmət çəkib iki gül bəslədim mən, 


205 
Əkbərinə Əsğərinə hədiyyə 
MənZeynəbəm, Müsibətlər anası, 
Pənc tənin məclisinin səfası, 
Mən kimi bəxtəvər yoxuydu, amma, 
Pir eylədi Kərbübəla bəlası. 
Mən Zeynəbəm , əimmə iftixarı, 
Dolandım küçə bazarı diyarı, 
Xoş olmadı cahanda ruzigarım, 
Yoruldum mən, yorulsun ruzigarı. 
Mən Zeynəbəm, varım birdən yox oldu, 
Dil yarəsi mənə misli-ox oldu, 
Yaman günün deyillər ömrü azdı, 
Mənim amma yaman günüm çox oldu. 
Mən Zeynəbəm, əzizi ali-yasin, 
Əziz etdim Hüseynimin əzasın, 
Əzalıydım, ölüncə qara saldım, 
Qüssə açdı bu başımın qarasın. 
Mən Zeynəbəm, yandı qəlbim kül oldu, 
Ömrümün hər günü mənə il oldu
Xarabada Səkinəm ac olanda, 
Hər nisgildən mənə o nisgil oldu. 
Mən Zeynəbəm, qəlbimə dağ çəkildi, 
Üstümə hey müsibətlər töküldü, 
Vətəndən ayrıldım başım ağardı, 
Qardaşlarım öldü, belim büküldü. 


206 
Oxşama 
Bulud kimi dağ-daşlara axmaram
Nə bir bağa nə gülşənə baxmaram, 
Yaralı başını gördüm qocaldım, 
Ölüncə mən başa həna yaxmaram. 
Məzzəmət eylirəm həmişə göz yaşımı, 
Doyunca oxşamadım yaralı qardaşımı, 
Dəyəndə nizədə daş qardaşım Hüseyn başına, 
Yarıldı məhmilə vurcaq bəla başımı. 
Nə qədər var ömrüm sənə ağlaram, 
Qəbrə gedəndə qarəni bağlaram, 
Nə hala bu gül cismini salıblar, 
Yerdə qalan cənazənə ağlaram. 
Həzrət Zeynəbə(ə) salam 
(rövzə) 
Salam ola əlini xəncərə atan xanıma, 
Bəla çölündə yaman günlərə qalan xanıma. 
Salam ola şərəfilə hicabı hifz edənə, 
Şücaətində Əbəlfəzlə oxşayan xanıma. 
Salam ola ucaboy qardaşı ölən bacıya, 
Günortaya kimi qəddi kaman olan xanıma. 
Salam ola qocalan Zeynəbə yarım gündə, 
Ölüncə ellərini hər gün oxşayan xanıma. 
Salam ola qolu bağlı Yezidi xar edənə, 
Qana batan ələmi Şamidə vuran xanıma. 


207 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin