208
Şir qadın (Rövzə)
Vəqti qarətdə imamı yanar oddan qurtaran,
Xahəri-şiri-zən süruri Bətha Zeynəb.
Məclisi-Kufədə şiva
və rəsa məntiq ilə,
Qolu bağlı eləyən düşməni rüsva Zeynəb.
Əyməyən
düşmənə baş, qardaşı məsləkdə olan,
Deli-züllamə sözü-xəncəri-bürran Zeynəb.
Əli qoynunda dolandı nə qədər çəkdi nəfəs,
Ömrünün gündüzü də çun şəbi-yelda Zeynəb.
Yektənə vurdu
özün vərətətufaniqəmə,
Eylədi dini-Rəsulullahı əhya Zeynəb.
Oxşama
Ağlaram, ağlar gözüm var,
Qəlbidə dərya sözüm var,
Nagiran olma, Hüseynim,
Hər bəla gəlsə, dözüm var.
Ay batdı mən batmaram,
El yatdı mən yatmaram,
Qurtarmayan dərdini,
Heç bir dərdə qatmaram.
Gül gözündən atma, qardaş,
Qumlar üstə yatma, qardaş,
Ey düşən yorğun, yaralı,
Zeynəbi ağlatma, qardaş.