Zəban halı Zeynəb
Əzalıyam, günüm qaradı qardaş,
Nə qədər ağlasam səzadı,qardaş.
Öpənmərəm yaralı əllərindən,
Kəsibdi sariban yaradı, qardaş!
Sitəmlə gülləri solan canım vay,
Hüseyn qəmində baş yolan canım vay,
Günortaya kimi səhər çağından,
Xanımlığı yalan olan canım vay!
Oxşama
Qəm selləri başım üstdən aşanda,
Mövcə gəlib dərya kimi daşanda,
Bu Şamidə birəhm olan cəmaət,
Gülərdilər qızların ağlaşanda.
Heç qoymadı üzüm gülə zəmanə,
Bülbül kimi döndü gülüm xəzanə,
Qolu bağlı qardaş dedim, dolandım,
Anam kimi döndü qəddim kəmanə.
Deyərəm gül solubdu,
Gülşəndə gül solubdu,
Başını Şümr aparıb,
Əllərin bəs nə olubdu?
Fərağında gecə-gündüz ağlaram,
Qəm dəftərin hey açaram, bağlaram,
Gül cisminə bu hədd yara vurublar,
Pərpər olan cənazənə ağlaram.
208
Şir qadın (Rövzə)
Vəqti qarətdə imamı yanar oddan qurtaran,
Xahəri-şiri-zən süruri Bətha Zeynəb.
Məclisi-Kufədə şiva və rəsa məntiq ilə,
Qolu bağlı eləyən düşməni rüsva Zeynəb.
Əyməyən düşmənə baş, qardaşı məsləkdə olan,
Deli-züllamə sözü-xəncəri-bürran Zeynəb.
Əli qoynunda dolandı nə qədər çəkdi nəfəs,
Ömrünün gündüzü də çun şəbi-yelda Zeynəb.
Yektənə vurdu özün vərətətufaniqəmə,
Eylədi dini-Rəsulullahı əhya Zeynəb.
Oxşama
Ağlaram, ağlar gözüm var,
Qəlbidə dərya sözüm var,
Nagiran olma, Hüseynim,
Hər bəla gəlsə, dözüm var.
Ay batdı mən batmaram,
El yatdı mən yatmaram,
Qurtarmayan dərdini,
Heç bir dərdə qatmaram.
Gül gözündən atma, qardaş,
Qumlar üstə yatma, qardaş,
Ey düşən yorğun, yaralı,
Zeynəbi ağlatma, qardaş.
|