MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə73/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   69   70   71   72   73   74   75   76   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin (ə) əhvalatı 
Salam et əvvəl məh liqa Zeynəbə
Süruri-del Mürtəza Zeynəbə, 
Sora ağla qan ba vəfa Zeynəbə
Rəhi-həqqidə canfəda Zeynəbə, 
Çatıb dəhridə hər bəla Zeynəbə, 
Müsibət keşi-Kərbəla Zeynəbə. 
Yazılmış cəlayi-vətən Zeynəbə, 
Risalət çatıb şiri zən Zeynəbə, 
Əsarətdə var çox mühən Zeynəbə, 
Qolunda tənab versən Zeynəbə, 
Qurar şiə bəzmi-əza Zeynəbə. 
Keçib bir zaman döndü aylar ilə
Fələk Zeynəbi saldı çox müşkülə, 
Olub Kərbəlada çətin mərhələ, 
Enib təlli gəldi xanım məqtələ, 
Ağarmış saçın aldı fövrən ələ, 
Olub eşq o dəm rəhnüma Zeynəbə. 
Baxıb gördü bir qana batmış bədən, 
Düşüb isti qum üstünə bikəfən, 
Nə baş var bədəndə nə salimdi tən, 
Saçır gün, yox əynində bir pirəhən, 
Dedi ey rəhi-həqqidə can verən, 
Nədən etmirsən e`tina Zeynəbə. 
Rəhi-eşqi rövşən sirac eylərəm
Cahanda qiyamın rəvac eylərəm, 
Yaxıb qanını başa tac eylərəm, 


203 
Yaram çoxdu qardaş, əlac eylərəm, 
Bu göz yaşıdır kimya Zeynəbə. 
Cahanda Hüseyn, yarü-dildarınam, 
Həmişə müridü tərəfdarınam, 
Bilirsən yaman gündə ğəmxarınam, 
Göz aç bax məni-zarə zəvvarınam, 
Ölüb qardaşın, mən ələmdarınam, 
Çatıb indi qanlı liva Zeynəbə. 
Zeynəbin (ə) vəfatı 
Tərk edir, az qalır Hüseyn, tirə cahanı Zeynəbin, 
Gözləri axtarır səni, Fatimə canı, Zeynəbin. ² 
Əlli beş ildi sayəndə daldalanmışam, 
Eşqinə dəstgir olub şəhərləri dolanmışam, 
Şəmi yanıb xəmuş olar, mən ki, həmişə 
yanmışam, 
Əlli beş ildə sönməyib suzi nihanı Zeynəbin. 
Az qalır yumulmağa əşk təri axan gözüm, 
Meylə qüssə sürməsin kipriyinə yaxan gözüm, 
Qətligahında nəşinə həsrətilə baxan gözüm, 
Müntəzirindi didə əşk feşanı Zeynəbin. 
Şama uzaqdı Kərbəla, çoxdu əgərçe fasilə, 
Sən ağasan uzaq yolun zəhmətini qəbul elə
Bir yol işim düşüb sənə, gəlməsən eylərəm giley, 
Qəmli başın diz üstünə yoxdu alanı Zeynəbin. 


204 
Hər bacı can verən zaman mən kimi olsa 
dərbədər, 
Sağü-sola baxar gözü, qardaşın arzu edər, 
Qardaşı dəfnə gəlməsə qəbrinə nagiran gedər, 
Gəl nigaran gedir bu gün ruhu-rəvanı Zeynəbin. 
Mən dedim ömrümün gülü izzətilə solar Hüseyn, 
Türbətini öpər bacın cami-səfa dolar, Hüseyn, 
Qüssəli ruhu qüssədən orda xilas olar, Hüseyn, 
Görmədi can verən zaman Kərbübalanı Zeynəbin 
Sənsiz Hüseyn, yatanda mən hər gecə qəmlə 
yatmışam, 
Qüssələrin düşüb yada öz-özümü oyatmışam, 
Qədimi qəmlərin büküb pərçəmini ucaltmışam, 
Adın olubdu dəmbədəm virdi-zəbanı Zeynəbin. 
Suz qəmində qəlbidən ud kimi alışmışam, 
Harda deyiblər adına xarici mən danışmışam, 
Harda salıblar müşkülə itrətini çalışmışam, 
İzzətilə dolandırıb ali-əbanı Zeynəbin 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin