MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə70/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   66   67   68   69   70   71   72   73   ...   96
MƏRSİYƏLƏR (1)

Zəban halı Zeynəbin (ə) 
Olan ey dini-Qur`ana susuz yorğun fəda qardaş, 
Gedir Şama bacın Zeynəb, özün dur sal yola, 
qardaş, 
Sənə qurban özüm – qalıb ağlar gözüm. 
Bu çöldə qamətim qəmdən anam tək oldu xəm, 
qardaş, 
Sənin eşqində xəm qəddin bacın eylər ələm, 
qardaş, 
Ki, rahi-eşqə eşqilə qoyub Zeynəb qədəm, qardaş, 
Yaralı həncər ilə dur məni eylə dua, qardaş, 
Sənə qurban özüm – qalıb ağlar gözüm. 
Qolu bağlı qiyam etdi qiyamət eləyən Zeynəb, 
Sənin rahi-qiyamından himayət eləyən Zeynəb, 
Bu qanlı peykərin gəldi ziyarət eləyən Zeynəb, 
Əgərçe vardı qəlbində qəm biintəha, qardaş, 
Sənə qurban özüm – qalıb ağlar gözüm. 
Zeynəbin zəban halı 
Kərbəla gülşəni çün səhni-məhşərdi, Hüseyn, 
Bu gecə gülşən onun gülləri pər-pərdi, Hüseyn. 
Olu gülşəndə yaşıl qırmızı nilufərgül, 
Vəli burda hamısı lalə əhmərdi, Hüseyn. 
Nəxli bir yana düşüb laləsi bir yanda qalıb, 
Türbəti gərçi onun pakü-mütəhhərdi, Hüseyn. 
Bağbana, nə gəlib qönçə xoş mənzərinə, 
De görüm qönçə ətşanını kim dərdi, Hüseyn? 
Bacın ölsün yaralı, ver məni biyarə cavab, 
Niyə bəs güllərin on səkkizi bisərdi, Hüseyn? 


197 
Hər gülün gülşənin aləmara bir bülbülü var, 
Bülbülü nazlı Səkinə qara mə`cərdi Hüseyn 
Qamçılar altda sınıb bülbülünün balü-pəri, 
Əli qoynunda qalıb zarü-mükəddərdi, Hüseyn. 
Çox sevirdin hamıdan sən bu qaragöz balanı, 
Çox deyərdin nənəmə gözləri bənzərdi, Hüseyn. 
Əli əldən üzülüb qüssəlin, pərvanələrin,
Tərk edir gülşəni bi yarü-dilbəri Hüseyn. 
Gedirəm Kərbü-balədan qolu bağlı, yaralı, 
Dur özün sal yola çun xəstə müsafirdi Hüseyn. 
Bu səfərdə mənə yavərdi əxa Zeynül-ibad, 
Sənə həmdəm vəli Əbbasi-dilavərdi, Hüseyn. 
Mənlə yoldaşdı qəmli Səkinəylə Rübab, 
Sənilə həşrə kimi Qasimü-Əkbərdi, Hüseyn. 
Mənim həmrazım əxa, nazlı Səkinən olacaq, 
Sənin əmma sinən üstə Əli Əsğərdi, Hüseyn. 
De Əli əkbərə versin dalımızca bir azan, 
Bilsin aləm ki, bunlar ali-Peyğəmbərdi, Hüseyn. 
Dur özün xəstə müsafirləri axır yola sal, 
Kim sənə ya ki, Əbul-fəzlə bərabərdi Hüseyn? 
Ehtiyacım bilirsən var uca boy qardaşıma, 
Zeynəbin dərdinə dərman o uzun əllərdi, 
Hüseyn. 
And ola zülmilə pəhlusu sınan Fatiməyə, 
Kərbəla dərdi inan Zeynəbi öldürdü, Hüseyn. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin