MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə68/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   64   65   66   67   68   69   70   71   ...   96
MƏRSİYƏLƏR (1)

Şami-Qəriban (nöhə) 
Zeynəbin zəban halı 
Dərdin gətirib Zeynəbi-zari dilə, qardaş, 
Harda bələşib üz gözün axır külə, qardaş. 
Keçmiş gecəni harda səhər etdin, 
Hicrində yetim qızları xunciyər etdin, 


190 
Bikəs bacını sübhə kimi didətər etdin, 
Hər ləhzə fərağın dolanıb bir elə, qardaş. 
Ey gül, gətiribsən məni bülbül kimi şura, 
Mehmanidin aya de görüm hansı şərura, 
Olma aparıb Xuli səni qoydu tənura, 
Getdin niyə mehman elə bir ərzələ, qardaş. 
Düşmən gözümün yaşını al-qanə qatıbdı, 
Hər möhnətü-qəm var bu del əfkarə çatıbdı, 
Sər nizə də gördüm ki, başın qanə batıbdı, 
Vurdum başımı şiddətilə məhmilə, qardaş. 
Həzrət Zəhra (ə) zəban halı 
Başın bədəndən ayrılıb Hüseyn, nəvayə 
gəlmişəm, 
Gül üstə yatma nazilə oyan, əzayə gəlmişəm. 
Yaralı başına fəda – qəmində eylərəm nəva! 
Mənəm yaralı Fatimə cahana nalə salmışam, 
Susuz kəsiblər başını şərari qəmdə yanmışam, 
Qalıb belimdə əllərim bu qüssədən qocalmışam, 
Bulud kimi gözümdə yaş, bu qəm sərayə 
gəlmişəm. 
Yaralı Zeynəbi nədən oğul, gözündən atmısan, 
Başında yara Kufəyə gəlib kül üstə yatmısan, 
Mənim də eylə fikrimi, oğul, məni qocaltmısan, 
Bu nə bəladı çulğuyub səni bəlayə gəlmişəm. 


191 
Qəmində var yeri tökəm sirişkimi üzarına, 
Cahanda qəm əsasını veriblər ixtiyarıma, 
Oyan özün nəzarə qıl bu çeşm-əşkbarıma, 
Bulud kimi gözümdə yaş, bu qəm sərayə 
gəlmişəm, 
Şəhidlərin dəfni İmam Səccadın (ə)
zəban halı 
Hüccəti-Xuda gəldi Kufədən dəfn edə yaralı 
atasını, 
Baxdı nə`şinə doldu gözləri, səslədi Bəqidən 
anasını. 
Əllərin qoyub xəstə qəlbinə şəhri-Yəsribə 
döndərib üzün, 
Dizləri əsib, taqəti gedib xun əşkilə doldurub 
gözün, 
Hiss edibdi zülmü şəqavəti, zə`filə yıxıb torpağa 
özün, 
Əlləri ürəkdə yana-yana səslədi Bəqidən anasını. 
Gül bədənlərə baxdı ağladı, ah-naləsini saldı 
göylərə, 
Ney kimi ürəkdə sızıldadı, tapmadı kəfən şahi-
məhşərə, 
Vay baba deyib cismi titrədi, qüssədən gəlib 
dizləri yerə, 
Torpaq üstə əyləşdi ağlaşdı, saldı bir göyə qəm 
nəvasını. 


192 
Gün evində qanlı bədənləri bikəfən görüb baxdı 
ağladı, 
Tökdü əşkini gül üzarinə teşnələb babasın 
qucaqladı, 
Əkbərə baxıb, Əsğərə baxıb, dildə nalədən sinə 
dağladı, 
Yana-yana çöllərdə nəşr edib aşkara zülmün 
cəfasını. 
Bükdü bir həsirə atasını, qəbrə qoydu qəlbində 
ahına, 
Döndərib üzün şəhri-Yəsribə səslədi haraya yetiş, 
baba, 
Qəbrə bikəfən qoydum oğlunu peykəri sərasər 
dolu yara, 
Gəl Mədinədən Kərbəlaya sən, ox yarasının qoy 
dəvasını. 
Cəm edib tamam ölənlərin, toprağa qoyub 
höccəti-zaman, 
Sel edib sirişkin üzarinə, halına mələklər edib 
fəğan, 
Gün qüruba yetdi hərasilə, qara puş olub mülki-
asiman, 
Ahilə nəhan eyləyən zaman höccəti-Xuda din 
fədasını. 
Ey qəbilə əhli dedi, gəlin dəfn edək babamın 
vəzirini, 
Qolları qələm torpağa düşən Fatimə anamın 
əzizini, 


193 
Əllərin verən, dini saxlayan, dildə təşnələr 
əşkrizini, 
Xırda qəbridə eləyək nəhan Zeynəb əmməmin 
bavəfasını. 
Axtarın qələm qolların tapın rəsm ilə vuraq başa, 
ağlayaq, 
Qəbri üstünə qanlı pərçəmin nəsb edib bu gün 
sinə dağlayaq, 
Nəşr ola olub dininə fəda, baş tərəfdə din 
bayrağın vuraq, 
İzzətilə torpağa tapşıraq dəşt Kərbəlanın 
bəhasını. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin