MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Zeynəbin zəban halı (rövzə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə67/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   63   64   65   66   67   68   69   70   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin zəban halı (rövzə) 
Alışıb xeymələrin oldu hava tirü-tar, 
Kərbəla dəştini yeksər bürüdü gərdü-ğübar, 
O çətin mərhələdə göz-gözü görməzdi nə var, 
O həyahuda edən himməti-mərdanə mənəm. 
Nə baxır pozulan halıma, nə göz yaşıma, 
Yox görürlər köməyim, çatmır əlim qardaşıma, 
Səslirəm dada səni qamçı vurullar başıma, 
Yeddi qardaşı ölən qəlbi dönən qana mənəm. 
Qorxuşur itrəti-taha gedib əldən köməyi, 
Xırdaca qızlarımın qana dönübdür ürəyi, 


187 
Od tutub yandı şirin dilli Səkinə ətəyi, 
Dedi gəl əmmə, yanan atəşi-suzanə mənəm. 
Birinin çoxdu ürəkdə qəmü-dərdü-kədəri, 
Birinin axdı o böhranda üzə əşki-təri, 
Birinin vurdular quş tək yıxılıb sındı pəri, 
Səslədi gəl baba, bu xanəvü-kaşanə mənəm, 
Biri tez-tez soruşur əmmə, babam hardadı bəs, 
Sitəmilə bizə axır bu cahan oldu qəfəs, 
Səslirəm hey əmim Əbbası mənə vermir səs, 
Şiddəti qüssədən ey əmmə, gələn canə mənəm, 
Düşdü dildən o del əfsurdə yorğun balalar, 
Çoxu az qaldı yanan xeymələr içrə yanalar, 
Necə izhar eyləyim qaldı nə hala analar, 
Qəm şəriki olan ol şəmi-pərişanə mənəm, 
Əl-qərəz xeymələrin qarət işi oldu təmam , 
Soydular hər nə vardı aparıb qövm-zəlam, 
Ürək istərdi gətirsin eylə bir yerdə dəvam, 
Dözən ənduhü-müsibati-fərəvanə mənəm. 
Biri gəhvarə gətirdi, birisi zər aparıb, 
Biri yandırdı yanan qəlbimi zivər aparıb, 
Biri güşvarə çıxardıb, biri mə`cər aparıb, 
Ələyən gözdən ürək qanını damanə mənəm. 


188 
Qarəti-xiyam (cuşi) 
Dadə gəl odlandı xiyam, Hüseynim, Hüseynim, 
Düşdü çölə əhli-hərəm, Hüseynim, Hüseynim! 
Oldu ürək tiri-qəmə nişanə, nişanə, 
Saldı bizi gözdən əcəb zəmanə, zəmanə, 
Qızlar olub dəşti-qəmə rəvanə, rəvanə, 
Kama çatıb qövmi züləm, Hüseynim, Hüseynim! 
Əhli-hərəm oldu bəla düçari, düçari, 
Şölə çəkib artdı ürək şərari, şərari, 
Ovçu necə damə salar şikari, şikari, 
Damə düşüb əhli-hərəm, Hüseynim, Hüseynim! 
Dildə mənim dərdi-dilim nihandı, nihandı, 
Xeymə yanıb izzətimiz talandı, talandı, 
Ey şəhi-din çarə elə amandı, amandı, 
Zülm eliyir əhli-sitəm, Hüseynim, Hüseynim! 
Qızlarının parçalanıb dodağı, dodağı, 
Sili dəyib nili olub yanağı, yanağı, 
Çoxlarının yarəlidir qulağı, qulağı, 
Yandırar afaqı bu qəm, Hüseynim, Hüseynim! 
Taqətü-aramımızı alıblar, alıblar, 
Qəlbimizə tiri-qəmi çalıblar, çalıblar, 
At döşünə qızlarını salıblar, salıblar, 
Şövkətimiz oldu behəm, Hüseynim, Hüseynim! 


189 
Ey şəcəri por səməri-risalət, risalət, 
Fəxridi alillahə bu şəhadət, şəhadət, 
Ölməmisən eylə kərəm, Hüseynim, Hüseynim! 
Ali-Əlinin pozulub nizamı, nizamı, 
Almış ələ indi ədu zamanı, zamanı, 
Yandırır odlarda qoşun Imamı, Imamı, 
Çarə qıl ey miri üməm, Hüseynim, Hüseynim! 
Taqətimi əldən alıb Səkinə, Səkinə, 
Gül kimi qəmdən saralıb Səkinə, Səkinə, 
Bilmirəm heç harda qalıb Səkinə, Səkinə, 
Ol gülü Siddiqəsiyəm, Hüseynim, Hüseynim! 
Dama düşübdür o gözəl qənari, qənari, 
Döndü xəzan oldu onun bəhari, bəhari, 
Düşsə gülüstanə əgər güzari, güzari, 
Sərvin edər qəddini xəm, Hüseynim, Hüseynim! 
Yoxdu dünyanın Hüseyn səfası, səfası, 
Çoxdu qəmi yoxdu vəli vəfası, vəfası, 
Nökərinin ərşə çıxıb nəvası, nəvası, 
Etdikcə nöhə rəqəm Hüseynim, Hüseynim! 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin