MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə64/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   60   61   62   63   64   65   66   67   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin zəban halı 
Ey qızların gözdən atan Hüseynim, 
Tənuri-Xulidə yatan Hüseynim. 
Qudalidə başsız qalıb cənazən, 
Ey cisminə oxlar batan Hüseynim. 
Harda qaldı uşaqlar Hüseynim, 
Ağlar sənə qonaqların Hüseynim. 
Necə öpüm yaralı ləblərindən, 
Yaralıdır dodaqların Hüseynim. 


181 
Səkinənin zəban halı (Nöhə) 
Baba gəlmişəm sənə ağlayam, 
Öz əlimlə yarəni bağlayam, 
Bu Minada yasını saxlayam, 
Mənilə danış, gözü yaşlıyam. 
Ciyərim yanıb baba, gəlmişəm, 
Başıma qara baba , salmışam, 
Səni bu məkanidə tapmışam, 
Mənilə danış, gözü yaşlıyam. 
Baba quşvarəmi aldılar, 
Məni at qabağına saldılar, 
Həm soydular, həm vurdular, 
Mənilə danış, gözü yaşlıyam. 
Sinən üstə al Səkinəni, 
Eylə sərəfraz bu yetiməni, 
Niyə atmısan bu əzizəni, 
Mənilə danış, gözü yaşlıyam. 
Qızım, halüə özüm ağlaram, 
Bu yaralı qəlbimi dağlaram, 
Səni gəl bu sinədə saxlaram, 
Ayağın yarasını bağlaram. 
Hamı əmmələr soyulub, baba, 
Bacılar bu gün yorulub, baba, 
Mənə qamçılər vurulub, baba, 


182 
Mənilə danış, gözü yaşlıyam. 
Zeynəbin (ə) zəban halı 
Əllərdə Hüseyn,pər-pər olan gül sənə bənzər, 
Hansı bacının qardaşı ölsə, mənə bənzər. 
Hüseyn can, sənə qurban²! 
Düşmənlər içində ucadan ağlamaq olmaz, 
Fəryada gəlib qəmli ürək dağlamaq olmaz, 
Qardaş, bu qədər yarənı heç bağlamaq olmaz, 
Oxlar gül açıbdır, bədənin gülşənə bənzər, 
Hansı bacının qardaşı ölsə, mənə bənzər. 
Gülzarima bu çöldə müxalif yeli əsdi, 
Axır dözə bilməm, bu qədər qəm mənə bəsdi, 
Qardaş, de görüm əllərini kim necə kəsdi? 
Heç kafiri-mütləq belə bir düşmənə bənzər? 
Hansı bacının qardaşı ölsə, mənə bənzər. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin