MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə72/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   68   69   70   71   72   73   74   75   ...   96
MƏRSİYƏLƏR (1)

Zeynəbin zəban halı 
Kərbəladan qolu bağlı gedirəm Şama, Hüseyn, 
Ölüb Əbbas çatıb düşmənimiz kama, Hüseyn. 
Qan tökən düşmənimiz almadı aləm boyu seyr, 
Şümr olub qafilə Zeynəbə əs-saə əmir
Xırdaca qızlar olub ləşkəri-züllamə əsir, 
Quş kimi qızlarını saldı ədü dama, Hüseyn. 
Kərbəladan yaralı didəsi giryan gedirəm, 
Yarü-ənsarım ölüb zarü-pərişan gedirəm
Anasız qızlar ilə Kufəyə mehman gedirəm, 
Dəstgirəm necə gör düşməni-bədnamə, Hüseyn. 
Qızların Şama gedir, qardaş Hüseyn, dil nigaran, 
Bu müsafirləri düşmən aparır nalə konan, 
Dalımızca de Əli Əkbərinə versin azan
Gözdə rövşən günüzüm heyf dönüb şama 
Hüseyn. 
Dur özün Zeynəb biyavəri qardaş, yola sal, 
Növcavan oğlu ölən madəri qardaş, yola sal, 
Yeddi qardaşı ölən xahəri qardaş, yola sal, 
Xidmət etdim nə gözəl məktəbi İslama, Hüseyn. 


201 
Siz öləndən sora çox düşmən ihanət eylədi, 
At çapıb nə`şizin üstündə cinayət eylədi, 
Tökülüb xeymələri zülmilə qarət eylədi, 
Lə`nəti-həqq gələ aləm boyu züllama, Hüseyn. 
Əlim ellərdən üzülmüşdü yanan vaxtda xiyam, 
Az qaldı yana zülm atəşinə yalqız imam, 
Ürəyim eyləmədi ləhzə o əsnada davam, 
Özümü verdim o dəm atəşi bədnama, Hüseyn. 
Bu gülüstanda yerə lalə və reyhan tökülüb, 
Baxıram hər tərəfə nə`şi şəhidan tökülüb, 
Elə bil parələnib məqtələ Qur`an tökülüb, 
Ruzi əzəldə yazılmış belə bərnama, Hüseyn. 
Görcəyin nə`şi-şəhidanı bu yorğun balalar, 
Tab edə bilmədi bir ləhzə oğulsuz balalar, 
Çün oğul dağı nənə sinəsinə od qalalar,. 
Vay balam, vay deyəcək sübhidən axşama, 
Hüseyn. 
Dəvə üstdən balalar atdı özün fori yerə, 
Ürəyin qanını qatdı hamısı əşki-tərə, 
Biri qan ağladı Əbbasə, biri südəmərə, 
Məhşərə döndü bəla dəşti o hengama, Hüseyn. 
Biri əsrarını o halidə yoldaşa dedi, 
Biri nalan oturub dərdini qardaşa dedi, 
Biri döndü sözünü nizədəki başa dedi… 


202 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin