176
Yıxdılar atdan yerə dilbərü-vəfadarımı,
Doğradılar zülmilə qolsuz ələmdarımı,
Çarəm əlimdən gedib, bağrım olub qan Hüseyn! ²
Hüseyn, Hüseyn, ya Hüseyn³!
Var nə səlamət başın, ta ki, öpəm ləblərin,
Yoxdu bədəndə əlin ya ki,
öpəm əllərin,
Qoy əyilim bir öpüm qanı axan həncərin,
Bəlkə təsəlli tapa
sinyi-suzan, Hüseyn²!
Hüseyn, Hüseyn, ya Hüseyn³!
Gözlərim olsun fəda yarüna-yoldaşünə,
Olmaya çatmır əlin oğluna, qardaşına,
Lərzə düşüb canıma qoy dolanım başına,
Gün qabağında qalan peykərü-üryan, Hüseyn!²
Hüseyn, Hüseyn, ya Hüseyn³!
Gördü oğulsuz səni, düşmənin
oldu cəri,
Qoydu susuz hülqünə Şümri-dəni xəncəri,
Qarət olar qızların başda qara mə`cəri,
Nazlı Səkinən
olar didəsi giryan, Hüseyn²!
Hüseyn, Hüseyn,ya Hüseyn³!
Hüseynin qətli (rövzə)
Kəsəndə Şümri dün başın Hüseynin,
Anası Fatimə əllər duada.
Deyərdi bar ilahi, şahid ol sən,
Tərəhhüm olmadı bu əşqiyada.
Susuz öldürdülər məzlum Hüseyni,
Yanır qəlbim mənim bu macərada.
177
Vuralar nizəyə bu qanlı başı,
Oxur Qur`an balam nuki-cidada.
Qərəz, gəldi xanım Zeynəb o saət,
Çalxalardı Hüseyn qanlı Minada.
Dedi qardaş, bacın
Zeynəb öləydi,
Səninlə dəfn olaydı Kərbəlada.
Bu səhradə Hüseyn can, bir kəsim yox,
Əli Əkbər yatıb qanlı əbada.
Mən ayrılmazdım, amma çarə yoxdu,
Səkinəm ağlayır xeymə sərada.
Dostları ilə paylaş: