MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Səkinənin zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə59/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   55   56   57   58   59   60   61   62   ...   96
MƏRSİYƏLƏR (1)

Həzrət Səkinənin zəban halı 
Dayan gəldim Zülcənah üstə, 
Düş yerə baba,getmə meydana, 
Məni tək qoyma bu səhrada, 
Dur səni Zəhra, getmə meydana, 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm,baba. 
Nolar bir gün Allaha xatir, 
Rəsmi-mərdani yoxlasın düşmən. 
Səni məkr ilə budur qorxum, 
Ərsədə axır doğrasın düşmən. 
Apar qoy bu zari Əsğər tək, 
Əllərin üstə oxlasın düşmən. 
Və ya qoyma bu del əfkarı, 
Bikəsü-tənha getmə meydanə. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm baba. 


170 
Sənə qurban səbr eylə, bir bax, 
Gör necə qəmdən gəlmişəm cana. 
Ayaq yalın baş açıq çıxdım, 
Xeymədən gəldim mən yana-yana. 
Dolanım qoy başina bir də,
Ey qərib baba misli-pərvana. 
Fəraqında etmişəm yeksər, 
Daməni-dərya, getmə meydana. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm, baba. 
Məni eşqin etdi divanə, 
Öz başıma mən gəlmədim, baba. 
Fəraqında qüssəvü-qəmdən, 
Qarabəxtəm, dincəlmədim, baba. 
Özüm də bu isə heyranam, 
Bəs necə gəldim ölmədim,baba. 
Qəm hicrin etdi bu zarə, 
Məhşəri bərpa, getmə meydana. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm, baba. 
İki dünyaya baba, şahsan, 
Bəs qalıb harda yarü-ənsarın. 
Mənə çox nisgildi bu dərdin, 
Qalmısan tənha, yoxdu qəmxarın. 
Köməksizsən bəs nədən gəlməz, 
Qasim və Əkbər, ya Ələmdarın. 
Düşüb qolsuz nəhri-Əlqəmdə, 
Təşnələb səqqa, getmə meydana. 
Qədəm saxla,var sözüm baba, 


171 
Sənə qurbandı bu gözüm,baba. 
Gecə-gündüz şam tək yannam, 
Ey gülü-Zəhra mən fərağında. 
Mərizəm mən eşqinə, baba, 
Dərdimə dərman var dodağında 
Olam rahat mən qucağında, 
Ey güli-taha, getmə meydanə. 
Qədəm saxla, var sözüm baba, 
Sənə qurbandı bu gözüm, baba. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin