MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə57/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   53   54   55   56   57   58   59   60   ...   96
MƏRSİYƏLƏR (1)

Abdullahın zəban halı 
İstirəm əmmə qoyam rəzmə qədəm tutma məni, 
Eşqə bax, sinnimə baxma, belə kəm tutma məni. 
Əmimin gəldi səsi bir həyəcan gətdi mənə
Fürsətim yox eləyim halımı tə`rif sənə, 
Aridir qeyrəti-ovladi-İmam Həsənə, 
Belə ki, Şümri qoyub ərşə qədəm, tutma məni. 
Mane olma mənə sən, əmmə, uzaqdır səfərim, 
Sındırıb qəlbimi Qasim kəsilib balü-pərim, 
O çatıb məqsədə mən qalmışam, ey tacü-sərim, 
O gedən şəhrə gərək mən də gedim, tutma məni. 
Bundan artıq nə rəva başı aşağı dolanım, 
Əmimin külfəti hər süfrə salanda utanım, 
Əmi də getdi dəxi kimdi əlimdən tutanım, 
Sayəsiz qaldı səri-əhli-hərəm, tutma məni. 
Bir uşaq ki, atanın görməyə dünyada üzün
Özgələr vəsf edə söz düşsə qaşın ya ki, gözün, 


165 
Can verir ta görə bir gün atanın şəxsən özün, 
İstirəm can çıxa cananı görəm, tutma məni. 
Bax bu həsrətli baxan gözdən axan göz yaşıma, 
Başımın fikrini etmə, məni qoy öz başıma, 
Görsədim qüdrəti eşqi atama, qardaşıma, 
Öz əmimdən eləyim dəfi-sitəm, tutma məni. 
Əl-qərəz quş kimi əldən qurtulub şəhpər açıb, 
O belin bağladı mərgə anası mə`cər açıb, 
Gördü bülbül o gözəl sinə əcəb güllər açıb, 
Şümrə amma dedi çox kinəliyəm, tutma məni. 
Ya göz aç, bir başın üstündə ki, həqq davərə bax, 
Ya utan bu ayağın altda güli pər-pərə bax
Bu səgahi ləbi-can pərvəri-Peyğəmbərə bax, 
Ya su ver ya çəkil, ey kani-sitəm, tutma məni. 
Gördün öz meylinə bu çərx eləyən gərdişi sən
Kimə xatir edisən bir belə nəngin işi sən, 
Evi viran, onu boşla məni öldür kişisən
Yolumu gözlər atam şahi-üməm, tutma məni. 
Özünü istədi atsın əminin sinəsinə, 
Nagəhan düşdü gözü xəncərin ayinəsinə, 
Bir qolun etdi sipər düşməni-por kinəsinə, 
Şümr səsləndi qənimətdi bu dəm, tutma məni.
Mən gərək Fatimənin qəlbini naşad eləyəm, 
Toyların matəm edib fitnələr icad eləyəm, 
Bu yarım gündə Bəni Haşimi bərbad eləyəm, 
Moizə eyləmə ey əqli-həkəm, tutma məni. 


166 
Baxmadı əql eləyən moizəyə Şümri dəni
Endirib tiği kəsib şaxeyi sərvi-Həsəni, 
Dedi oxşatdın əcəb öz əmim Əbbasə məni
Vur bu bircə qolu da eylə qələm, tutma məni. 
Basdı qolsuz balanı bağrına Zəhra balası, 
Ərz qıldı əmi qol düşdü sızıldar yarası, 
Ax o Əbbas əmimin sinəmə gəlsin qadası, 
Indi bildim nə edib ol kani-kərəm tutma məni. 
Məni qaytar anama xeymədə görsün yaramı, 
Öldürür kufəli meydanda adamsız adamı, 
Həmnişin eylərəm Əbbas anasıyla anamı, 
İki qəmdən olacaq qaməti xəm,tutma məni. 
Balaya sinədə istərdi ola hafiz əmi
Ruhi bir şəhqə çalıb səslədi ya hafiz əmi, 
Gördü qeyb aləmin ərz etdi Xudahafiz əmi, 
Boşla, gəldi atam istəkli nənəm tutma məni. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin