MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə54/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   50   51   52   53   54   55   56   57   ...   96
MƏRSİYƏLƏR (1)

Müslümün əhvəlatı 
Kufəqə yalqız qoyanda qovmi üdvan Müslümü, 
Eylədi çərxifələk zarü-pərişan Müslümü. 
Çıxdı məsciddən kənara Müslüm bi əqrəba, 
Bir kömək yoxdur yanında zikri ya Rəbbi- Xuda, 
Fikr edib bu şəhridə oldum əcəb bi aşina, 
Ey Xudayi-dadgər, axır pənah ol Müslümə, 
Beyət etdi əhli-Kufə,bağladı yol Müslümə. 
Qoydular yalqız o ali rəhbəri qovmi-dəni, 
Naibi-Sultani-din heyran dolandı Kufəni, 
Gah sərgərdan gəzir hər bir mahal kuçəni, 
Bir pənahgahi-ədalət mərdi-aman axtarır, 
Olmasa ev,cayigahi-hər fərdi insan axtarır. 
Beyət sındırdı düşmən qəlbinə vurdu yara, 
Ya kimə dərdin desin, heç bilmir getsin hara, 
Gəldi axır bir məhəllə etdi orda ittika, 
Bir nəfərdən rəhnümalıq etmədi qövmi-zəlal, 
Durdu dərbəndin başında zarü-məhzuni-məlal. 
Gördü bir övrət çıxıb dər bəndə baxdı gah-gah, 
Çox sərasimə edib hər səmti dərbəndi nigah, 
Baxdı Müslüm övrətə dildən çəkib bir sərd ah, 
Övrət ərz etdi ağa, bu səhnəni bilmə rəva, 
Get o yanda rahat ol, bu küçədə qalma, ağa. 


157 
Bilmisən sən bəs olubdu Kufə övzai xərab, 
Üz tutub övrət o saət Müslümə etdi xitab, 
Nə gedirsən, nə verirsən sən mənə axır cavab, 
Şurişi qovğa salıbdı Kufəyə qövmi-dəni, 
Get dayanma görsə vallahi tutar düşmən səni. 
Qıldı fərmayiş yerim yoxdur qəribəm mən ana, 
Tapmadım bir yer dolandım Kufə şəhrin hər 
yana, 
Kufə şəhrində qəribəm qəmlərim gəlməz sana, 
Söylədi övrət bu fikri gəlgilən başından at, 
Gər qərib olsan, əqəllən get gilən məsciddə yat. 
Qıldı fərmayiş ana, bir cür`ə su ver yanmışam, 
Çun düşmən qalib olubdur yanmışam 
odlanmışam, 
Bir iki saat qonaq et küçədə mən qalmışam, 
Ta gecə olsun qaranlıq xanəni tərk eylərəm, 
Düşmənim yatsın,çıxıb aya görüm mən 
neylərəm. 
Əhsən əhsən Kufədə səd mərhaba bir övrətə, 
Getdi təqdim eylədi su öz əliylə həzrətə, 
Lə`n ola bu Kufə içrə mərdumi bi himmətə,
Səslədi Müslüm ana, sirab edibsən sən məni, 
Hər iki dünyada Allah rusefid etsin səni. 
Söylədi Müslüm sənin həqdür məramın,ey ana, 
Müslümə oldu pənah şirin kəlamın, ey ana, 
Söylə sən axır mənə kimdir imamın, ey ana, 
Bu kəlamı övrətə Müslüm ağam qıldı əyan, 


158 
Gəldi nitqə övrət,dilin açıb əlhəqq-bəyan. 
Ərz edibdir ey ərəb, Əhməd mənim 
Peyğəmbərim, 
Həm imam əvvəlin mövla Əlidir sərvərim, 
Mən kənizi Fatimə, oğlu Hüseyndir rəhbərim, 
Çün onun eşqində vallah qəlbimi qan eylərəm, 
Canımı hər ləhzədə Zəhraya qurban eylərəm. 
Kufədə bir neçə gündür qovzanıb dərdü-bəla, 
Müslümə beyət ediblər firqeyi şumi dəğa, 
Bilmirəm indi ağam, harda qalıb ol müqtəda, 
Övrətin dildən çıxan vəqtə yanıqlı sözləri, 
Qəlbidən bir ah çəkdi doldu Müslüm gözləri. 
Dil tutar-tutmaz cavabın verdi ol alicənab, 
Sözlərin aramişlə övrətə qıldı xitab, 
Lütf edibsən,sən qonağın nabələd etmə hesab, 
Kufə şəhrində ana qəmlər çəkən Müslüm mənəm, 
Olma narahat anacan, sən deyən Müslüm 
mənəm. 
Baxdı övrət ahilə şürü-nəvadan ağladı, 
Kufə əhli etdiyi zülmü-cəfadan ağladı, 
Müslümə baxdı vəli bu macəradan ağladı, 
Gəl evə, bəh-bəh, gəlibsən ey əcəb mehman 
mənə, 
Ağlama,bəsdir,kənizi-Fatimə qurban sənə. 
Yaz Muhəmməd, ağan Müslüm sənə olsun 
pənah, 
Şe`rinin hər nöqtəsində olsa zərrə iştibah, 


159 
Naibi-sultani-din-eylər özü hətmən nigah, 
Zadeyi-Zəhra Hüseynə naibi-yavərdi bu, 
Radi-mərdani-həqiqət, aləmə sərvərdi bu. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin