MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə50/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   46   47   48   49   50   51   52   53   ...   96
MƏRSİYƏLƏR (1)

İmamın zəban halı 
Zeynəbim, gəl al əlimdən təşnə ləb qurbanı 
gətdim, 
Əllərin üstündə indi Əsğəri-peykani gətdim. 
Qızıl qana batdı - oxa gəldi yatdı. 
Dilsizim gördüm ətəşdir, istədim su əhriməndən, 
Su içib aram ola şayəd dedim rəncü mühəndən
Hərmələ şərm etmədi amma nə xaliqdən nə 
məndən, 
Üç pər ox saldı nəfəsdən, ahuyi-Zəhranı gətdim. 
Ox dəyib diksindi fövrən gözlərin açdı sitarəm, 
Bir oxa etdi təbəssüm, bir mənə baxdı həzarəm, 
Söylədim yat dincəl oğlum, dərdinə yox ayrı 
çarəm, 
Südəmər qurbanımın çıxdı əlimdə canı, gətdim. 
Zəhməti-eşqə dözüb mən etmədim haşa gilayə, 
Eylədim töhfə tədarük sahəti-qüdsi-Xudayə, 
Qanını ucumda tutdum şövqilə səpdim səmayə
Şirixarın qanı oldu eşqivin bürhanı gətdim. 
Oxşama
Mən Rübabəm, xanım Zəhra gəlini, 
Dağıtdılar evimin get-gəlini, 
Mən bilsyədim Əsğərim oxlanacaq, 
Axır gecə bağlamazdım əlini. 


146 
Mən Rübabəm, taqətimi almayın, 
Quzu qurbanımı yada salmayın, 
Ey xanımlar bari bizə gələndə, 
Qucağıza körpə uşaq almayın. 
Mən Rübabəm, dərdim ələn olmadı, 
Başıma nə bəla gəldi bilən olmadı, 
Şami-qəriban axşamı su içdim, 
Döşümə süd gəldi əmən olmadı. 
Ulduzum axdı getdi.
Qəlbimi yaxdı getdi, 
Əsğərim ayrılanda, 
Həsrətlə baxdı getdi. 
Lay-lay gülüm ağlama, 
Ürəyimi dağlama, 
Yat anan qurban sənə, 
Qılbimi çox dağlama, 
Mən açmaram bu başımdan qarəni, 
Bağlamadım peykan biçən yarəni, 
Dayıların bir gün gəldi vətənə
Tanımadı oğlu ölən nəni. 


147 
Rübabın zəban halı 
Səni etdi bu zəmanə oxun aşinası,lay-lay, 
Bilirəm çox incidibdir boğazın yarası,lay-lay. 
Bu gecə səhər olunca vay oğul demək mənimdi, 
Qara torpaq üstü oğlum, mənim indi 
məskənimdi, 
Mənə qaldı qanlı qundaq ki, nişani-gülşənimdi
Əli,sənlə getdi oğlum oynayan səfası, lay-lay. 
Yorular qoşa şəbihim qəm əlində dil şikəstə, 
Bu kəmənd cəm edibdir quru canı bəndə bəstə, 
Necə bu fələk balanı həm ananı etdi xəstə, 
Ucalıb xeymədə Əsğər ananın nəvası, lay-lay. 
Balası yanında ahu mələşir gecə zamanı, 
İraq oxçular gözündən dolanır bu Kərbəlanı, 
Üzü gülməsin cahanda sənə üç pər ox atanı, 
Qoy axan sirişkim olsun yaranın dəvası,lay-lay. 
Əli, bu anan vətəndə dəxi kölgə yerdə qalmaz, 
Əlinə sərin su camın sənə xatir oğlum, almaz, 
Dəxi bir də şali qırmız başına ölüncə salmaz, 
Biləyin qanı olubdur başımın hənası, lay-lay. 


148 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin