MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə48/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   44   45   46   47   48   49   50   51   ...   96
MƏRSİYƏLƏR (1)

Anası Rübab 
Susuzdan saralan gül Əli kim dərdi səni? 
Niyə dərdi, niyə bəs üstümə göndərdi səni? 
Güldə xəbəridi əgər dərdi niyə saxlamadı, 
Üstümə yollayacaqmış niyə saf yollamadı, 
Gördü rəngin saralıb xoşlamadı parçaladı, 
Etdi məndən də özündən də əməl gərdi səni. 
Rənginə, ətrinə xatirdi gülün müştərisi, 
Ox biçib soldu Rübabın gül nilufərisi
Sağ-sola parçalanıb öpdüyüm hülqün dərisi, 
Bu hala qoydu südün dərdi, suyun dərdi səni. 
Bağbanın suya satdı qanını Hərmələyə, 
Şərti fəsxi yox idi istəməyən də bilə, 
Pərpər olmuş gülü gətdi verə yorğun ləliyə, 
Eylə yorğun xəllinin gözləri gözlərdi səni. 
Gülü güldanda əkərlər verilər su o gülə, 
Tutsa da tutmasa da rəsmidi yarpaq tökülə, 
Altı aylıq gülidin Hərmələ döndərdi gülə, 
Hər kəs olsaydı doyunca öpüb iylərdi səni. 


139 
Şəhri-Yəsrib becərən həzrəti-Taha gülüsən, 
Qürbi-vəhdətdə solan rəbiyül-ə`la gülüsən, 
Sən Hüseynin gülü, Zeynəb gülü, Zəhra gülüsən, 
Ömrü zay olmuş anan sinədə bəslərdi səni. 
Altı aylıq gülə ox üç, hər ox atan sinni də şəst, 
Bildi hülqi gölu Zəhra dilinə etdi neşəst, 
Ox biçəndə boğazı qoldan Hüseyn oldu şikəst
Yaralanmış qola gül bərk elədi sərdi səni. 
Suya qarğışçıdı müstəqbəlü-halü-mazi, 
Nə südüm oldu, nə su oldu ölməyə razı, 
Qələmin üç pər etmişdi Şüreyhi qazi, 
Öldürən Hərmələ yox,qaziyi ləşkərdi səni. 
İkini bir edib üç şöbəli peykan yarası, 
Atdı fəvvarə kimi qan guya hülqün çalası, 
Yaralı deyər sə`yilə həzrət Zəhra balası, 
Can verəndə necə bəs qibləyə döndərdi səni. 
Yalvarıram Əli qurbanın olum az cabala, 
Yatmadın nə beşikdə, nə qucağımda bala, 
Zindəginin şəhdidi gətdi zəhri qatdı bala, 
Məni öldürmək üçün xeyməyə qaytardı səni. 
Damara gərək baxıb qan ala mahir qan alan
Almaz üç şöbəli peykanilə cani-can alan, 
Bala Allahdır deyirlər şühədadan can alan, 
O Hüseyn-dəndə Rübabdanda çox istərdi səni. 


140 
Yandım Allah balamı yandıranı yandırasan, 
Qönçəmi qırdı mənim, rişəyi ömrüm qırasan, 
Qəlbimə doldurub od, qəbrinə od qoldurasan, 
Bizə Qur`andı din-xaliqi Əkbərdi səni. 
Fələyin ki, bu qədər sabitü-səyyari var, 
Ondan artıq ürəyimdə balamın yarəsi var, 
Gördülər Fatimənin sən kimi məh parəsi var, 
Gözilə oxladılar ləşkərin hər fərdi səni. 
Sən ki, üç mərtəbə verdin Əli, dünyaya təlaq, 
Ayrılanda dedim üç şöbəli oxdan gəz uzaq, 
Gedisən babül-həvaic bala, Zəhraya qonaq, 
Saxlayan sinədə Zəhrayi-mütəhhərdi səni. 
Getdi qəm çəkdi yaxandan Əli, dünya əlini, 
Qəmlərin qaldı çəkər həzrət Zəhra gəlini, 
Nə gedərsən su dalıyca, nə qə hülqün dilini, 
Qorxma sirab eliyən saqiyi-kövsərdi səni. 
Raci, nökərlik adın sən haçan qoyubsan özünə, 
Necə nökər sən ola, daş başına, kül gözünə, 
Yövmi-məhşərdə sözün var baxalar ta sözünə
Şayəd oddan çəkə bilsə Əli Əsğərdi səni. 
Oxşama
Oğul Əli, qəlbi qəmlə sıxaram, 
Qatil evin ahım ilə yıxaram, 
Doyunca ağlayammadım bu çöldə, 
Əvəzini Mədinədə çıxaram.


141 
Dərk etmədim işarəni doyunca, 
Oxşamadım ox yarəni doyunca, 
Dilsiz getdin sənə dil öyrətmədim, 
Tərpətmədim gəhvarəni doyunca. 
Könlüm istər sınan könlüm alan gəl, 
Səhni-sərada qoyma tək qalam, gəl, 
Üzü gülüş alanı səhər tək aydın, 
Dodaqları baldan şirin balam, gəl. 
Oxşama 

Qəm yeli əsər gedər, 
Səbrimi kəsər gedər, 
Hansı südəmər bala, 
Anadan küsər gedər. 

Göz yaşım rəvanədi, 
Üzdə danə-danədi, 
Köynəyin bu sinədə, 
Həşrədək nişanədi. 

Qanına batan Əli
Məqsədə çatan Əli, 
Nənəni ağlar qoyub, 
Qəbridə yatan Əli. 


142 
Oxşama 

Sənə nolubdu balam, 
Rəngin solubdu balam, 
Oyan bir dur yuxudan, 
Döşüm dolubdu balam. 

Laylay balam, can balam, 
Mən sənə qurban, balam, 
Sən ağlayanda,oğul, 
Gözüm ağlar qan, balam. 

Balamı tanıram mən, 
Hər sözün qanıram mən, 
Yuxuda ah çəkəndə, 
Od tutub yanıram mən. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin