149
Rübabın zəban halı
Nazlı dilbərim lay-lay,mahi-müntəzirim lay-lay,
Oxlanan su üstündə dilsiz Əsğərim lay-lay².
Üç gecə gündüz ətşan qaldın, ey günü qarə,
Dırnağın yeri qalmış, etdi sinəmi yarə,
Əfv eylə məni oğlum, tapmadım sənə çarə,
Şahidim bu əhvalına həyyi-davərim,lay-lay².
Mən sənə oğul, lay-lay nə ümidilən çaldım,
Gülmədi üzüm əfsus, qara günlərə qaldım,
Ölmədim səni ətşan xeymədən yola saldım,
Sən gedən yola həsrət baxdı gözlərim, lay-lay².
Haqq yolunda
can verdin caninə nənən qurban,
Əkbər ilə həm payə şə`ninə nənən qurban,
Su kimi axan qanə, caninə nənən qurban,
Gül kimin
solan rəngi, qonçətərim lay-lay².
Yaxşı vəqtidə oldun şahi-din həvadarı,
Sərbəsər boyanmışdı qanə yarü-ənsarı,
Oldun axır səfdə xırdaca ələmdarı,
Tək qalanda meydanda şahi məhşərim lay-lay².
Qəlbinə fələk bizri-dərdi-mühnəti əkdi,
Baxdı bir Fərat üstə bildi yarı yox, təkdi
Tiri teşnə hülqündən yumdu gözlərin çəkdi,
Ağladıbdı dünyanı qəmli rəhbərim lay-lay².
150
Qanını atan əvvəl ovcuna alıb baxdı,
Yandı qəlbi göz yaşı çeşmələr kimi axdı,
Qanını böhranda ağ məhasinə yaxdı,
Ağladı dedi dilsiz haqqa məzhərim lay-lay².
Həzrət Qasımın (ə) anası Sürəyyənin zəban halı
Qan bəstərində yatmısan naz bala,
Naz eyləsən etgilən az, bala,
Ölsün nənən
bu günləri görməsin,
Dur öz əlinlə qəbrimi qaz ,bala.
Dostları ilə paylaş: