MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Səkinə anası Rübabə xitab



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə47/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   43   44   45   46   47   48   49   50   ...   96
MƏRSİYƏLƏR (1)

Səkinə anası Rübabə xitab 
Durub Səkinə ağladı qucaqladı anasını 
Dedi az ağla dərdinin gəzim tapım dəvasını, 
Çıxıb oturdu xeymənin dəriçəsində didəmər, 
Gözün silərdi dəmbədəm edərdi yollara nəzər, 
Qaraltıdan zühur edib başında xonça bir nəfər, 
Əşayiri salam ilə neşan virib vəfasını. 
Qoyubdu xonçanı yerə öpübdü Zeynəbin əlin, 
Dedi oyat qəza yesin bənati-xətmi mürsəlin, 
Danışdı macərasının həm axırin həm əvvəlin, 
Edibdi vəsf o gordüyü yaralının nümasını. 
Verib qüzarişin çıxıb gedəndə xeymə-gahidən, 
Görüb ki, bir çadır qurub Səkinə dudi-ahidən, 
Yol üstə əyləşib axır sirişgi ruyi mahidən, 
Əyildi öz balası tək öpüb Hüseyn balasını. 
Dedi yemək gətirmişəm gər olsa meylü-rəğbətin, 
Cavab verdi bir şərt ilə qəbulidir bu xidmətin, 
Varımdı bircə xahişim yetişsə dəsti-himmətin, 
Anam Rübab qəlbinin sağaldasan yarasını. 
Dedi kiminə külfətin gərək nə xidmət eyləyə, 
Buyurdu sürətilə sən özün yetir qəbiləyə, 
Qəbilədən bir ac yatan uşaq gətir bu xeyməyə, 
Anam Rübab əmizdirə öz oğlunun qəzasını. 


136 
Dedim xanım, xəcalətəm xəcil gedən gələnməyib, 
Xəyal etmə külfətin sifarişin bəyənməyib, 
Günortadan qəbilənin uşaqları süd əmməyib, 
Süd ilə şirxarələr kəsibdi etinasını. 
Nə vardı bilmirəm göyün tutub əza ay- ulduzu, 
Nə var bu gün dönüb suyun dadı qəzaların duzu, 
Uşaq ki, səhlidir hələ süd əmməyib qoyun-quzu, 
Quzuları mələr qoyan mələr qoyub anasını. 
İkinci müşkülüm budur əgər tapılsa südəmər, 
Rübabə baxma hər ana baladan əl çəkər məgər, 
İməkləyən balanı gör gecəylə kim qonaq verər, 
Ki, sinə-pərvər eyləyib hərə öz aşnasını. 
İmamın Əli Əsğərə zəban halı 
Qoymaram məzarə Əsğər, səni ta qiyamət olsun, 
Boğazın biçildi bari, bədənin səlamət olsun. 
Bilirəm əgər bu çöldə səni qoysam məzarə, 
At ayağı altda nə`şün olar onda parə-parə, 
Vurular başın cidayə, yıxılar evim dübarə, 
Deyiləm riza ərəbdə belə bidət adət olsun. 
Ox atan görüm şil olsun, bu qədər şəqavət olmaz, 
Hədəf eyləyib boğazın belə bir ədavət olmaz, 
Boğazındakı yaran tək görürəm cərahət olmaz, 
Necə tab edim, nə növi ürəyimdə taqət olsun. 


137 
Sənilən gərək qoyam mən o qədər dodaq-dodağə, 
Tökülə sirişgi çeşmim sönə atəşi-əlaqə, 
O qədər öpəm gərək dil yetə hədd iştiyaqə, 
Mənə şəhdi-nab məqsəd anana niyabət olsun. 
Şühədadan olsun Əsğər, gərək ali imtiyazın, 
Odur eylərəm ziyarət, öpərəm bu gül boğazın, 
Qoyaram yerə cənazən, qılaram özüm namazın, 
Sənə imtiyazi-ali, mənə də ibadət olsun. 
Qoyacaqlar dəfn edəndə səni sinəmə dübarə, 
Sənilə gərək yetəm mən şərəfi-hüzuri yarə, 
Əlim üstə mən aparam səni məclisi-nigarə, 
Gərək aşiqin əlində güli ba təravət olsun. 
Xoş olar təfaxür eylər analar oğul sözündən, 
Danışmadın sən ananın iraq gözündən, 
Səni görsə mən görən tək gedər onda o özündən, 
Odu qorxuram qəmindən anana həlakət olsun. 
Ananı məzəmmət etmə xətti-qəm çəkib nişanə, 
Üzünü xəraş edərdin qoyub əllərin qəmatə, 
Dolaşıb qəmati-bəndi səni eyləyib əhatə, 
Əl-ayaq çalanmısan ta sənə mərg rahət olsun, 
Dəmi-həşr olanda nə`şin əlim üstə saxlaram mən, 
Qanının bahasın allam, hamını bağışlaram mən, 
Sənə hər kim ağlayıbdır gərək onda axtaram 
mən, 
Olara bu pak qanın səbəbi şəfaət olsun. 


138 
Əli Əsğər, ey mübarək adı zeyni-bəzmi-matəm, 
Vey olan gedayi-dərğəh sənə xosrovani-aləm, 
Mən Münzəvidən etmə nəzərü-təvəccühün kəm, 
Ki, bir az sözümdə ruhü-nəmək fəsahət olsun. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin