160
Damlardan otlar başıma töküldü,
Qəlbim yara, dişlər yara, əmoğlu.
Rəhm etmədi bir kəs bu dağidarə,
Ovçu çox oldu mən düşdüm şikarə,
Axır mənə məskən
oldu qənarə,
Oldum mən də sizdən cüda, əmoğlu.
Bu yer və cəmaət sındırdı vüqarım,
Oldu əcəb şəhadət iftixarım,
Heyf olmadı Əbbasi-namidarım,
Leşkər şekən şiri heyca, əmoğlu.
Zəhra balası, ey gözəl imamım,
Əvvəl uzaqdan var sənə salamım,
Yetsə sənə bu axırın pəyamım,
Gəlmə bu Kufə içrə, ya əmoğlu.
Məhəmmədi qapımda nökər olmuş,
Mənim adım dilində əzbər olmuş,
Bu şe`rlər də zibi-dəftər olmuş,
Olsa deyrdi eylə dəva, əmoğlu.
Bayatılar Müslüm haqda
Mən Müslüməm bəlalıyam, İlahi
Bəlalı macəralıyam, İlahi,
Səsimə yoxdu səs verən qəribəm,
Öz elimdən aralıyam, İlahi.
Bir qəribəm min dərdilə aram var,
161
Qürbət qəmilə sinədə yaram var,
Evim yox, xanımanım yox, qəribəm,
Hara üz
döndərim gedim, haram var.
Ağlayaram elim düşər yadıma,
Yoxdur deyən aşnama, yadıma,
Öldürdülər qərib yerdə Müslümü,
Gəlsin yetişsin Əkbərim dadıma.
Dözüb nəqədər mən dayanım,Allah,
Bu qan yağan şəhri dolanım,Allah,
Hara gedim, hara pənah aparım,
Hansı çırağa daldalanım, Allah.
Nəva və şur doldurub iraqı,
Bəla tutub bu xəsteyi-fəraqı,
Qonağa rəsmidir edəllər hörmət,
Bu Kufə əhli öldürür qonağı.
Tar olubdu dünya mənim gözümə,
Dərdim çoxdur ağlaram öz-özümə,
Əmoğlu can, sənin
gözündən iraq,
Vurubdular, qan dolubdu gözümə.
Müslümün oğlanlarının sual-cavabı
Bir il düşdük əgər zindanə, qardaş,
Yetib zindanımız
payanə qardaş,