130
Ey gülü-əhmər yetişib müsibət, müsibət,
Qəmzədə bülbüllərnə, şəhidim, şəhidim.
Cəddimə bənzərdi gözəl camalın, camalın,
Mərdümi heyran elədi kamalın, kamalın,
Yandırır indi hamını məlalın, məlalın,
Uf
ola qatillərinə, şəhidim, şəhidim.
Cameyi-ənduhü-qəmə büründüm, büründüm,
Yeddi qədəm peykərinə süründüm, süründüm,
Başın üstündə gəlib göründüm, göründüm,
Yandı ürək qəmlərinə şəhidim, şəhidim.
Yarəni gördüm ki, üzüm saraldı, saraldı,
Qəlbidə ənduhü-qəmim çoxaldı, çoxaldı,
Gözlərimin nuru oğul azaldı, azaldı,
Ağladı müşküllərinə, şəhidim, şəhidim.
Bayatı
Nə qədər Əkbərim sağıydı, Zeynəb,
Bağım səfalı bir bağ idi, Zeynəb,
Yıxammazdı ox məni qumlar üstə,
Məni yıxan onun dağıydı, Zeynəb.