İmam Hüseyn (ə) Zeynəbə zəban halı
Gəl Əkbərim boyandı qana Minada Zeynəb,
Bu parə-parə nə`şin gətdim əbadə, Zeynəb!
Nə`şin qum üstə tapdım, fikr et nə halə qaldım,
Düşdüm yerə süründüm, başın diz üstə aldım,
Hey səslədim oğul vay, nalə siphərə saldım,
Səs vermədi səsimə meydanda başa çaldım,
Qoydu məni oğulsuz bu şahzadə,Zeynəb!
Gördüm əmmaməsindən şəhla göz süzür qan,
Bildim vurublar yara başdan bu qovmi- üdvan,
Baxdım o başa vurdum başıma, etdim əfğan,
Gördüm qılınc yarasın çıxdı atam yadımdan,
Bu dərdə yandı qəlbim ondan ziyadə, Zeynəb!
Dəymişdi bəs ki, yarə bu qaməti-rəsayə,
Əzası parə-parə düşmüşdü bu Minayə,
İllət odur ki, nə`şin bükdüm belə əbayə,
Uf ruzigarə, lənət bu ləşkəri cəfayə,
Düşdüm əcəb bəlayə bu Kərbəladə, Zeynəb!
126
Qana dönüb sirişkim qəlbim cərahətdən,
Bacı aman bu qövmün tə`nü şəmatətindən,
Çəkdikcə Əkbərimin ox sərü-qamətindən,
Mən ağladım bu ləşkər güldü şəqavətindən,
Heç olmadı mürüvvət qovmi-cəfadə, Zeynəb!
Mən höccətəm yer üzrə Xəllaqe Zülcəlalə,
Səbri-imamət ilə gör qalmışam nə halə,
Neylər bacısı baxsa bu məh-cəmalə,
Əkbər deyib ölüncə var həqqi etsə nalə,
Bacıya olma mane vəqti bukadə, Zeynəb!
Gəl gör çıxıbdı ruhu ya ki, gedib özündən,
Sil mə`cərinlə əvvəl qan laxtasın gözündən,
Dindir əgər danışsa sən agah ol sözündən,
Bacını səslə gəlsin öpsün qardaş üzündən,
Bundan sonra öpənməz nuki-cidadə, Zeynəb!
Qurbətdə guşə-girəm, çun Munzəvidir adım,
Daim sənə Hüseyn can, nohə yazar midadım,
Ətfalüvə əgərçe var şükrü-e`tiqadım,
Dünya keçər və lakin çox səxt olar mə`adım,
Tapşır mənə şəfaət etsin cəzadə, Zeynəb.
|