MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə38/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   34   35   36   37   38   39   40   41   ...   96
MƏRSİYƏLƏR (1)

Əbəlfəzlin dililə 
Məşgim olub gözüm kimi tiri-qəmə nişan
Hüseyn! 
Saldı məni üqabidən torpağa Kufiyan, Hüseyn! 
Əynimə geymişəm əxa, qırmızı güllü camə mən
Sə`y elədim su məşgimi ta yetirəm xiyamə mən, 
Heyf ola xali oldu məşk, yetmədim indi kamə 
mən, 
Gəl bu fədayi-eşqini etgilən kamiran,Hüseyn! 
Yarələrin əziyyəti olsa da gəlmərəm dilə
Qanilə-gözlərim dolub, yanam əxa, bu nisgilə, 
Yoxdu bu çöldə bir nəfər gözlərimin qanın silə, 
Başımın üstə əzm elə halım olar əyan, Hüseyn! 
Gözlərimi tutubdu qan, xeymədə çox yubanma 
gəl, 
Başda əmud yarəsi, qalmadı peykərimdə əl, 
Gözlərimi nişan edən əllər ola həmişə şil, 
Qollarım qayimin məni eylədi natəvan, Hüseyn! 
Peykərimin qanı axır yoxdu qiyama taqətim, 
Ğütəvər olmuşam qəmə, vardı ürəkdə hacətim, 


117 
Nail elə məramıma şəmi-şəb səadətim, 
Şirüvi damə saldılar ləşkəri Kufiyan, Hüseyn! 
Ey atamın nişanəsi, pərçəmin oldu sərnigun
Düşmənim həddən keçib, cismim olubdu qərqi-
xun, 
Başımı istəyir kəsə ləşkər pəstü-rəzilü-dun, 
Gəl kəsə başımı ədu məqdəminə inan, Hüseyn! 
Qan düzülüb dodağıma ey gözümün ziyası, gəl, 
Başımın hər qədər ola xoşdu bu ibtilası gəl, 
Qardaşının bu vəqtidə ərşə yetir nəvası gəl, 
Qoyma qəmində qızları eyləllər fəğan, Hüseyn! 
Düşcək üqabidən yerə dövrəmi aldı Kufiyan, 
Aldı araya nə`şimi bir neçə din evin yıxan, 
Şiri-Xida nişanə səni oxlara olmuşam nişan
Sındı əmudilə başım cari olubdu qan, Hüseyn! 
Qızları qoyma xeymədə çox gələ ahü-şivənə, 
Başın üstə çox gülür, düşmənim əl çalır mənə, 
Başımın üstə tez yetiş, çoxdu sözüm deyim sənə, 
Şahidim olar qollarım, vermişəm imtahan, 
Hüseyn! 


118 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin