MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə36/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   32   33   34   35   36   37   38   39   ...   96
MƏRSİYƏLƏR (1)

Bayrağa müraciəti 
Qal sinəm üstə pərçəm, miri hüda gəlincə, 
Biganə yerdə düşmə ta aşina gəlincə. 
Ətrafdan baxırlar qövmi fitən yıxılma, 
Qoy gözləyək gəlincə şahi-zəmin, yıxılma, 
Düşmən şəmatət eylər, səbr eylə,sən yıxılma, 
Gözlə o xeymələrdən birdən səda gəlincə. 
Yoxdur bədəndə qollar bir belə ləngər etmə 
Sağü-sola əyilmə, torpağlar üstə getmə, 
Qal sinəm üstə bari, çox meyl edib qayıtma, 
Gəl gözləyək Hüseyni ol bavəfa gəlincə. 


112 
Ox vurdular başımdan, qanım axıb üzarə, 
Düşdü bədən qüvvədən, məşgim olubdu parə, 
Sən yatma bircə rəhm et, bu zarü-del fekarə, 
Sən pərəçəmi-Hüseynsən, yatma liva gəlincə. 
Rəhm etmədi cəmaət, ox vurdular Hüseynə, 
Çəkdim oxu dizimlə qan axdı hər qaşımdan, 
Etmə məni xəcalət istəkli qardaşımdan, 
Əl qanlı sinəm üstə hər macəra gəlincə. 
Su vədə vermişdim mən Əsğərə, bilirsən, 
Üç gündü dəyməyib su çox ləblərə bilirsən, 
Sədmə yetib bu çöldə bu əllərə, bilirsən, 
Et təkyə qanlı başa dərdə dəva gəlincə. 
Oxlar dəyəndə qan-qan fövrən qabaqladım mən, 
Məşgi basıb qucağa hər növi saxladım mən, 
Qət olmuş əllərii sən də daraqladım mən, 
Sə`y eylədim yıxılma, müşkül güşa gəlincə. 
Ey adı Əbdi saleh ey mənbəi-kəramət, 
Bu dərdməndə sən də eylə özün inayət, 
Şairlər içrə məndə yox eylə bir ləyaqət, 
Adın qalar dilimdə can ağzıma gəlincə. 


113 
İmam Hüseynin dililə 
Əbbasımı düşmən yıxıb meydana,Zeynəb, 
Məşk oxlanıb pərçəm batıb əmana,Zeynəb. 
Qardaşımı yıxdı yerə qövmi-şəqavət, 
Day əl açarlar sizlərə əhli-ədavət, 
Amadə ol, oldu sənə axır-qiyamət, 
Ey qəm çəkən, səbr et, gələn hicranə Zeynəb. 
Aləm yanar Əbbasımın hər bir qəmindən, 
Əhli-hərəm ağlar, yanar bu matəmindən, 
Çox-çox hifazət eylədi öz pərçəmindən, 
Axırda təslim olmadı üdvanə, Zeynəb. 
Dərk eləyən vaxt səsin səbrim azaldı, 
Qəlbim alovlandı mənim rəngim saraldı, 
Qardaşımın gül peykəri sinəmdə qaldı, 
Qurban olum mən eylə bir qurbanə, Zeynəb. 
Və`də verən axır gedər çun və`də gahə, 
Qandan yetibdi münxəsif rövşənli mahə, 
Şam əhli əsla baxmadı bu suzi-ahə, 
Döndü gözüm yaşı mənim ümmalinə, Zeynəb. 
Ox vurdular məşgə, axıb yerdə əmanət, 
Əbbasıma ol halidə oldu qiyamət, 
Teşnə qalan ətfalidən çəkdi xəcalət, 
Yandı uşaqlar atəşi suzanə, Zeynəb. 


114 
Atdan düşəndə qardaşım qəlbim sıxıldı, 
Birdən dedim ey vay, evim Allah, yıxıldı, 
Qan gəldi başdan gül üzə neylim yıxıldı, 
Haqq müştəridir vaqiən ol qanə, Zeynəb. 
Məqtəldə aldım nə`şini cəllad əlindən, 
Ahunu qurtardım bu gün səyyad əlindən, 
Ey-vay Nöfəl xanəsi bərbad əlindən, 
Yarə vurubdur bu del şanə-şanə, Zeynəb. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin