MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə33/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   29   30   31   32   33   34   35   36   ...   96
MƏRSİYƏLƏR (1)

Qardaşına (nohə) 
Gəl, Hüseyn, əl tapıb əşrari-zaman qardaşına, 
Təng olub zülmilə vüsətli cahan qardaşına. 
Şiri-mərdan, sala leşkər tələsir bəndə məni
Dişdə şəmşir edirəm düşmənilə cəng ələni, 
Əlsizəm, toprağa amma yıxıram hər gələni, 
Gərçe yox barişi peykandan aman qardaşına. 
Hər kimin pəncəmə keçsəydi cədəldə kəməri, 
Pərt edərdim yerə qalmazdı nəfəsdə əsəri, 
İş dönüb Kufənin acizləri ifritləri, 
Dörd tərəfdən əl açıb indi haman qardaşına. 
Çün şəqaiq boyanıb qırmızı qana kəfənim, 
Deli tufanda sınan kəştiyə bənzər bədənim, 
Zirehim parələnib, oxlar olub pirəhənim, 
Qalmayıb cismimdə salim şiriyan qardaşına. 


105 
Qəlbidən rişteyi-hicranına lazımdı kəsəm, 
Yer var aşiqinəm vəslinə xatir tələsəm, 
Əkbərin canına verəm səni ey şahi,qəsəm, 
Can verən ləhzələrimdə demə can qardaşına. 
Ətrini alsam əgər ey şəhi-fərxəndə xisal, 
Para şəhpərlərimlə yenə vuram pərü-bal
Sən gələn vəqtdə sürünnəm edərəm istiqbal, 
Öpərəm məqdəmini qalsa təvan qardaşına. 
Salıb əşrari-dəni toprağa bir-bir qolumu, 
Qan dolub gözlərimə görməyirəm sağ-solumu, 
Bir şəqi ahəni əmud əldə kəsibdir yolumu, 
Əlsizəm əl yetir əllərdə qalan qardaşına. 
Neyləyər fikr eylə çəkiş toxuna daş-qaşıla, 
Nə hala ayna düşər gər hədəf olsa daşıla, 
Neyləyər ahəni-əmud incə sipərsiz başıyla, 
Üz verib gör necə böhrani-zaman qardaşına. 
Doğranıb peykərimin ərseyi-dəvadə çoxu, 
Arifanə sözümü qardaş özün sözdən oxu
Əllərim yoxdu necə xaric edim gözdən oxu, 
Baş yetir xeymələrindən nigaran qardaşına. 
Dolu tək daşdı yağır oxdu kəsilmir arası, 
Əzilib başım əmudilə olub ay parası, 
Yıxa bilməz məni ox, yıxsa yıxar dil yarası, 
Toxunur tiri kimin zəxmi-zəban qardaşına. 


106 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin