MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Hüseyni ziyarət edən, Allahı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə32/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   28   29   30   31   32   33   34   35   ...   96
MƏRSİYƏLƏR (1)

Hüseyni ziyarət edən, Allahı 
ziyarət 
edər ərşidə 
Pərvaz edir ürəklər - gülzari-Kərbəlayə, 
Əhsən deyir mələklər - zəvvari Kərbəlayə. 
Hər kəs edə ziyarət sultani-Kərbəlanı, 
Guya edib ziyarət ərşində kibriyanı, 
Sə`y elə vermə əldən - bu feyzi-cavidanı, 
Tez gəl amandı, tez gəl didari-Kərbəlayə. 
Hər feyzidən müqəddəm, hər fərzidən fərizə
Yaz altıguşə qəbrə əşgilə ver ərizə, 
Xaki-şəfanı İslam əşkinlə ver mərizə, 
İxlasilə dəxil ol dərbari-Kərbəlayə. 
Bu rahi-Kərbəladı, rəncü-bəlasız olmaz, 
Eşqin yolu çətindi, qəmsiz nəvasız olmaz, 
Tök göz yaşın camalə qədrü-bəhasız olmaz, 
Göndər bu dürrü-əşki bazari-Kərbəlayə 
Bir səs gəlir rəvaqdan vay oxlanan balam vay
Dərya yanında ətşan gül tək solan balam vay, 
Pərvanə tək əşrari şə`mə yanan balam vay, 
Seyd oldun ey qəzalım əşrari-Kərbəlayə. 
Tufandı Neynəvada,cəm əyləşib cəm üstə, 
Matəmdi mətəm üstə,hey qəm gəlir qəm üstə, 
Səqqayi-Kərbəlanı tap nəhri-Əlqəm üstə, 
Hər dərdin olsa söylə sərdari-Kərbəlayə. 


101 
Çıx təlli Zeynəb üstə bax qəmli xeyməgaha, 
Zeynəb o təllin üstə çox qaçdı qətligaha, 
Əl xəncərə atanda tə`sir edib sipaha, 
Ağlaşdı qovmi-kafir qəmxari-Kərbəlayə. 
Bilməm nə məhşər oldu əl xəncərə atanda, 
Əllər yaralananda, mə`cər qana batanda, 
Gün batdı Şümri-zalım amalına çatanda, 
Ləşkər xəbər apardı bimari-Kərbəlayə. 
Bir ömür səslənibsən ya Kərbəla, Kərimi, 
Bu Kərbəla, bu sənsən, eylə nəva, Kərimi, 
Əqvam və aşnayə eylə dua, Kərimi, 
Birdə çətin düşər yol bazari-Kərbəlayə. 
Əbulfəzlil Əbbas (ə) şəhadəti 
Hardasan arxam elim, sındı belim, yatdı ələm, 
qardaş, 
Məşkimi oxladılar hər iki qol oldu qələm, qardaş, 
Gəl ölürəm qardaş,can verirəm qardaş. 
İftixar eylərəm öz eylədiyim əhdə vəfadarəm, 
Leşkər mərifət eşqə ələmdarəm və sərdarəm, 
Hamiyəm dinimə, Qur`animə İslamə fədakarəm, 
Kasə ləysə və xədəm cürmü-cinayət deyiləm, 
qardaş, 
Gəl ölürəm qardaş, can verirəm qardaş. 


102 
Demirəm getdim özüm,əlləri qoynunda anam 
qaldı, 
Demirəm gözləri yollarda şirin dilli balam qaldı, 
Deyirəm düşmən içində yaralı yalqız ağam qaldı, 
Verəcək üz sənə mənsiz qəmü-ənduh və 
ələm,qardaş,
Gəl ölürəm qardaş can verirəm qardaş. 
Dağıdıb murü-mələx tək qoşunu, at döşünə 
saldım, 
Su yolun açdı cəmaət üzümə Əlqəməni aldım, 
Başımın sahibi gəl başıma baş çək, baş açıq 
qaldım, 
Heyf ola çarə yolun kəsdi mənə qovmi-zuləm, 
qardaş, 
Gəl ölürəm qardaş, can verirəm qardaş. 
Gərçi su və`dəsi vermişdim özüm itrəti-ətharə, 
Nə qədər su var idi təng elədim ərsəni küffarə, 
Məşkim oxlandı, mənə zülmilə bağlandı rəhi-
çarə, 
Ver xəbər gözləməsin su yolunu əhli-hərəm, 
Gəl ölürəm qardaş can verirəm qardaş 
Nə şikayət edərəm gözdə olan tiri-şəqavətdən, 
Nə gilayəm var,əxa, Nöfəl edən zülmü-
cəsarətdən, 
Ürəyim yandı sinəm təngə gəlib tə`nü-
şəmatətdən, 
İntizaram gələsən ta sənə qurban kəsilim, qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş. 


103 
Elə şad oldum əzəl qoydu əcəl, nəhrə yola düşdü, 
O qədər çəkmədi bir kani xəta vurdu qolum 
düşdü, 
Sağa döndüm yaralandım, sola döndükcə solum 
düşdü, 
Məşkdən su töküləndə ürəyim etdi vərəm
qardaş, 
Gəl ölürəm qardaş,can verirəm qardaş. 
Tiri baran elədi əhli-cəfa, balü-pərim sındı 
Dəydi bir zərbəti səngin başıma camisərim sındı, 
Mərkəb üstdən üzüm üstə yerə gəldim kəmərim 
sındı, 
Dörd tərəfdən ələnir peykərimə tiri-sitəm, 
qardaş,
Gəl ölürəm qardaş, can verirəm qardaş. 
Can çıxınca su verəm, səhm aparam feyzi-
hüzurundan, 
Ruhumu şad eləyim qəbrə kimi lüm`əyi-
nurundan, 
Teşnəyəm, gəl məni sirab elə öz abi-təhurundan, 
Gəl qolun boynuma sal, nökərinəm, elə kərəm, 
qardaş, 
Gəl ölürəm qardaş, can verirəm qardaş 
Gəl hüzurunda əxa, bəzl eləyim canımı cananə, 
Qatilim indi qoyar xəncəri bu həncəri-ətşanə, 
Yazacaq nöhə Kərimi, gələcək rüzi-şəb əfğanə, 
Məndə can üstə salıb yada, ona baş çəkərəm
qardaş, 


104 
Gəl ölürəm qardaş, can verirəm qardaş. 
Demirəm layiqəm Əbəlfəzlə, 
Nökəri-sadiqəm Əbəlfəzlə, 
Hər kim irad edir mənə etsin, 
Qəlbidən aşiqəm Əbəlfəzlə. 
Qəlbim qəm ilə dolsa, Əbəlfəzlə ağlaram, 
Güllər çəməndə solsa,Əbəlfəzlə ağlaram, 
Yad eylərəm o saətini düşdü qolları, 
Ömrüm min ildə olsa, Əbəlfəzlə ağlaram. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin