MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Əli-Əkbərin bacısının zəban halı



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə40/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   36   37   38   39   40   41   42   43   ...   96
MƏRSİYƏLƏR (1)

Əli-Əkbərin bacısının zəban halı 
(Sinəzən) 
Qoy edim nəzər doyunca belə məh camala, 
qardaş, 
Oxuyum və in yəkadu sora get cidalə, qardaş! 
Oxusam və in yəkadu, olusan məsun xətərdən, 
Görünübdü çox kəramət o kəlami-müxtəsərdən, 
Əsərü xassi saxlar səni çeşmi- bəd nəzərdən, 
Zəfərü-nəzər yetişməz belə xətti-xalə, qardaş! 
Ola indi gəl Züleyxa qıla Hüseyninə nəzarə, 
Necə Yusifi alıbdır elə də satar dübarə, 
Min ilə əlaqə ciddən yetirər bu gül üzarə, 
Ürəyində eşqi-Yusif yetər inhilalə, qardaş! 
Yetiribdi çox bilirsən sənə murği-del əlaqə, 
Belə sən də razı olma, yanam atəşi fərağə, 
Əli indi ki, gedirsən məni birdə al qucağə, 
Öpüm eyləyim camalın yetişəm vüsalə, qardaş! 
Əli nazımı çəkərdin, kimə indi eyliyim naz, 
Bacı qardaşın adıyla olur dəhridə sərəfraz, 
Gedə qardaşı əlindən bacının cəlalı olmaz, 
Pozular cəlalı cahı yetişər zəvalə, qardaş! 
Səfər üstə xoşdu Qur`an edəsən əgər tilavət, 
Ola müshəfi Peyambər sənə hər bəlada hail, 
Görə var yanında Qur`an edə bəlkə rəhm qatil, 
Səni əfv edən kitabi-həqq layəzalə, qardaş! 


121 
Yola düşsə hər müsafir belə rəsmidir bəradər, 
Səfər üstə ağlamazlar ki, məbad ola mükəddər, 
Bacılar dua edərlər, dalısıyca su səpərlər, 
Su yoxumdu etməyim mən necə ahü-nalə, 
qardaş! 
Əli Əkbərin zəban halı 
Fərqi-Əkbərdən ki, dəydi rəzmidə xəncər yarası, 
Tazələndi şahi-dinin qəlbidə Heydər yarası. 
Üz tutub səmti-xiyamə səslənib Əkbər həman 
dəm, 
Çatdı məqsudə zəbihin ey Xəlilullah ə`zəm, 
Gəl əlac et gün qabağında sızıldar oxlu sinəm, 
İsti qum üstündə gün dəydikcə ğur eylər yarası. 
Ərşi-zin üstə zamani ki, baba, toprağa endim, 
Cəddim istiqbalə gəlmişdi ayağına döşəndim, 
Sən də gəl ey şah, necə gör doğranıbdı bənd-
bəndim, 
Peykərimin göstərir bir aləm digər yarası, 
Oğlunun aldı səsin ta xeymədə şahi-şəhidan, 
Qəflətən təğyir tapdı haləti oldu pərişan, 
Şah əsəfli halət ilə səslədi ləbbeyk Əli can, 
Sinəmə ey kaş gəlsin sinəin var hər yarası. 
Şəh, süvari-mərkəb oldu gəldi meydani-qitalə, 
Səslədi oğlun nə qədər gəlmədi səs, etdi nalə, 
Nagəhan şəmsi-vəla saldı nəzər bir məh cəmalə, 


122 
Baxdı gördü məh üzündə kövkəbə bənzər yarası. 
Əkbəri görcək Hüseyn qan içrə, gör nə halə 
düşdü, 
Can dedi guya balayla toy otağında görüşdü, 
Zülmə bir bax Əkbərə şah ağladı, düşmən 
gülüşdü, 
Qəlbini qan etdi tə`ni düşmən kafir yarası. 
Rəxt şahanə quru yer üstə torpağa büründü, 
Dizdə taqət olmadı getsin üzü üstə süründü, 
Yetdi ta cavan oğul balininə qəlbi döyündü, 
Başa vurdu görcəyin var başda bir xəncər yarası. 
Qanlı torpağı silib bir halətilə üz-gözündən, 
Olmasaydı gər imamət, səbri getmişdi özündən, 
Ondakı əhvalı vazehdir Hüseynin öz sözündən, 
Həşrəcək getməz, buyurdu, sinədən Əkbər 
yarası. 
Əhli-məna min il ağlar zikr olan vəqtə bu 
möhnət, 
Eylə halda səslənərdi ibni-Sədi pəst fitrət, 
Ya Hüseyn bu gündən ötrü mən dedim gəl eylə 
beyət, 
Dəyməsin ta qəlbinə fərzəndi gül peykər yarası. 
Ey Hüseyni ki, olubsan del yarasından 
mükəddər, 
Münzəvi də şikvə edər bu müsibətdən 
mükəddər, 
Vardı bəzi şum ağızlarda eylə məşmum dillər, 


123 
Qəlbimi azürdə eylər nizədən bədtər yarası. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin