MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Əmannamə həzrət Əbulfəzl (ə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə37/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   33   34   35   36   37   38   39   40   ...   96
MƏRSİYƏLƏR (1)

Əmannamə həzrət Əbulfəzl (ə) 
Gecə-gündüz əhli-beytin səri-pasibanı qardaş! 
Sənə Şümr namə gətdi,atamın nişanı qardaş! 
Bu bəlalı çöldə söz yox olasan sipaha sərhəng, 
Sən olan məkanda vurmaz başıma bu kufiyan 
səng, 
Mənəm üstə olma, qardaş dəri bargahda deltəng, 
Bu Hüseyn Xudaya versin gərək imtahanı, 
qardaş! 
Vuracaq sinan zalım başıma əxa sinanə, 
Edəcək o Kufə əhli başımı daşa nişanə, 
Bu kəsik başım bəradər, batacaq dübarə qanə, 
Olacaq o nizə başı başımın məkanı, qarda! 
Olasan bu kufiyana atam oğlu, sən də sərdar, 
Nə yanar xiyamə diba,nə çölə qaçar bu qızlar, 
Nə minər sınıq kəcavə, nə bacıların qan ağlar


115 
Nə gedər Dəmeşqə Zeynəb, nə yanar zəbanı, 
qardaş! 
Nə cənazəmi kəfənsiz qoyasan qala, bəradər, 
Nə xiyamdan hərəmlər gələ qətligaha yeksər, 
Gedəcək başım cüdada, qalacaq bürəhnə peykər, 
Bu Hüseyn vətən edibdir belə qəm fəzanı, qardaş! 
Nə Səkinə at döşündə dolanar bəla çölündə, 
Tapacaq bü rəhnə nə`şi əxa, Kərbəla çölündə, 
Əli Əkbərimdi qurbani-həqqə bu Mina çölündə, 
Cəm eylə məgər sözüm var bağa şamiyanı, 
qardaş! 
Məni qovma sən qapından, şahi-Kərbəla, 
amandır, 
Əli Əsğərin başına məni xeymədə dolandır, 
Əli Əkbərə qulamam, bu qapında daldalandır, 
Eylərəm təsəddüq Əkbər başına bu canı, qardaş! 
Əzəl al bu tiği məndən, yola sal məni şahənşah 
Gedərəm Nəcəf çölündə edərəm babamı agah, 
Deyərəm Hüseyn qovubdur qapıdan məni çəkim 
ah, 
Ucalar dəri-Əlidən dilimin fəğanı, qardaş! 
Ver icazə qana ol boyanım bu Kərbəlada, 
Səri pa kuyi Hüseynim görə bilmərəm cidadə, 
Kəsilər uzun bu qollar qala peykərim arada 
Tökərlər Fəratın üstə yerə ləxtə qanı, qardaş! 


116 
Sən həzrət Əbulfəzl edərəm bu dərdi izhar, 
Neçə ildi mən dəxiləm sənə,et nəzər, ələmdar, 
Yatışıbdı damənindən gözü yaşlı xırda qızlar, 
Eylədim bu eşqi sabit sənə bir də anı, qardaş! 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin