134
Qatilim namərdidir, yoxdur ümidim bir kəsə,
Zülmidə tə`cil edirsən gəlməmiş başım kəsə,
Ömrümün gülzarına az qaldı badi-qəm əsə,
Az qalır dönsün xəzanə növbəharım, gəl, əmi.
Halıma yox bir kəsim səndən
sora sən tək yana,
Bu yanar oddan özün gəl Qasimi çək bir yana,
Xeyməmə həml eyləsən qoy Əkbər ilə yana-
yana,
Çün olub onuyla mənim gəştü-güzarım, gəl, əmi.
Lütf edib gəlsən bu saət başım üstə məqtələ,
Gözləri aydın
görürsən, var çətin bir mərhələ,
Düşmənimdə yox mürüvvət kakilim almış ələ,
Suzi-ahımdan əyandır hali-zarim, gəl,əmi.
Mən yetiməm, xahişim salma yerə etmə məlul,
Başım üstə baş açıblar Murtəza
ilə Bətul,
Sən buyursan Müctəba qurbanlığa oldu qəbul,
Səd bərabər artırar şə`ni-vüqarım, gəl, əmi.
Son nəfəsdə cani-Əsğər qalmayıb
məndə şəkib,
Mərhəmət eylə mənə didarın olsun bir nəsib,
Aşiqəm mən, dərdimin dərmanı sənsən ey təbib,
Yoxsa bu müşgül, sənlə nə karım, gəl, əmi.