MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə81/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   77   78   79   80   81   82   83   84   ...   96
MƏRSİYƏLƏR (1)

İmamın zəban halı (nöhə) 
o şəhla gözün bax mənə, qardaş Əbülfəzl, 
Səslə qardaş, deyim can sənə, qardaş Əbülfəzl. 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
Ey atam oğlu, ey münşiyidərbarım Əbbas, 
Ey ucaboy, uzunqol sipəhsalarım Əbbas, 
Ağlaşır xeymədə gör necə qızlarım, Əbbas, 
Dur aman vermə bu düşmənə qardaş, Əbulfəzl, 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 


220 
Ruca qaməti bavərim yoxdur yıxıblar, 
Xətt mərdanigidən qoşun, qardaş çıxıblar, 
Üstünə sarı çox nizə və xəncər vurublar, 
Qoy çəkim peykərin mə`mənə,qardaş Əbulfəzl, 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
Qolların agaham, zülmilə meydanda düşdü, 
Sağ qolun saldılar vəlvələ, hər yanda düşdü, 
Qolların düşcəyin pərçəmi Qur`an da düşdü, 
Bu ələm çatmaz əhrimənə, qardaş Əbulfəzl, 
Qaldım bu çöldə tənha, bəradər, 
Öldün sevindi ə`da, bəradər. 
Sərvi-qamət 
Dərdi dərmansız olan, səslə Əbülfəzl ağanı, 
Getmə birahə dayan, səslə Əbülfəzl ağanı. 
Naümüd olma Əli oğludu bu himməti var, 
Sərv qamətdi, uzun qollara bax qüvvəti var
Vəhşətə saldı otuz min qoşunu, qeyrəti var, 
Nigaran olma gilən, səslə Əbülfəzl ağanı. 
Otuz il Fatimənin oğlunu mövla çağırıb, 
Demə aşiqləri imdadına bica çağırıb, 
Təllin üstündə bunu Zeynəb-kübra çağırıb, 
İşi müşküldə qalan, səslə Əbülfəzl ağanı. 


221 
Müşkül açan 
Hüseynin ey rəşidü-bavəfası, 
Ələmdarı, sipəhdarı, əxası. 
Cahanda şöhrəti babül-həvaic, 
Əlacı olmayan dərdin dəvası. 
Sənin tək gəlməyib dünyaya qardaş
Hüseynə can dedin, oldun fədası. 
Əlinin qəhrəman oğlu Əbülfəzl, 
Olan bu kəslərin müşkül goşası. 
Hayanda zikr olunsa nami-pakın, 
Behiştə bənzər ol bəzmin səfası. 
Məhərrəmdi, hamı qara geyiblər, 
Çıxar ərşə Hüseynin vay sədası. 
Kimə dərdin desin bu ağlayanlar, 
Təvəccüh et, səni Zəhra balası. 
Qapından heç kimi rədd etməyibsən, 
Bu cəmin vardı səndən iltiması. 
Bizim də dərdimiz var, can Əbülfəzl, 
Əzadarın sənə qurban, Əbülfəzl. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin