224
Bu kəsik pəncələrə istəyirəm yaxşı baxam,
Ruzi-məhşərdə ala sinəsinə xeyrün-nisa,
Pak əzadara şəfaət edib oddan qurtara,
Görələr zinəti üqbadı Əbülfəzlin əli.
Həzrət Əbulfəzlin (ə) həzrət Zeynəblə
(ə)
söhbəti
Ol şəbdə ağam hər sözü minbərdə dedi,
Yarü-ənsarına hər mətləbi bipərdə dedi,
Teşnələb öldürəcəklər bizi
bu yerdə dedi,
Zibh olan başlarımız neydə bədənsiz qalacaq,
Soyulub peykərimiz yerdə kəfənsiz qalacaq.
Ölən oğlanlarına ağlayacaqlar analar,
Sən özün də olacaqsan ağama tə`ziyədar,
Fikr elə, gör bu Əbulfəzlin aya kimi var,
Burda olsaydı anam zəhmətim olmazdı sənə,
Yox mənim ağlayanım, lütf eləsən ağla mənə.
Qardaşımsan, sənə şəxsən
mən özüm yas
tutaram,
Qəm yemə, Ümmi bənin yoxdu əgər, mən ki,
varam,
Nigaran olma Hüseyndən sənə az ağlamaram,
Nə`şinin üstə o qədri edərəm dadü-ənin,
Həm anam Fatimə razı ola, həm Ümmi bənin.
Söz belə qaldı olub çatdı mahi-əza,
Qətligaha dövrələrdən yerə endi üsəra,
Məst edib
qəmzədə bülbülləri ətri-şühəda,
Hər bir yanda gülün tapdı həmağuş oldu,
225
Çeşmələr çeşmə zəmzəm kimi porcuş oldu.
Hamı məşğul o çuxur yerdə olub ağlamağa,
Gördülər gah sola Zeynəb baxır, gahi sağa,
Nagəhan durdu xanım otduğu yerdən ayağa,
Pozmasın məclisi etdi bəyan bu gedişim,
Nəhri-Əlqəmdə Əbülfəzlimlə vardı işim.
Üz qoyub məqtəli-Əbbasa pərişan Zeynəb,
Yetişib gördü əcəb
mənzərə var ya lil-əcəb,
Bir xanımdır oturub başda qara çadır şəb,
Baxır əlsiz bədənə zikri fəqət oxşamadı,
Elə ağlayır elə bil oğlu ölən bir anadı.
Dedi kimsən oturubsan bu biyabanıda tək,
Məskənin Kərbübəladır məgər ey qara ləçək,
Göz yaşın axdıqca eylər Zəhray kömək,
Gəlisən şiddətilə naləyə, titrir bədənin,
Mislinki, dağılan peykər öz oğlundu sənin.
Zeynəbim oxşayasan yaxşı əziz qardaşını,
Sözünün suzişi rüxsarə çəkər göz yaşını,
O xanım ziccə çəkib birdən ucaltdı başını,
Dedi gəl ver mənimlə başbaşa mən Fatiməyəm,
Qızıyla xoşdu ana ağlaşa, mən Fatiməyəm.
Neçə gündür mənə məskəndi qızım, Kərbü-bəla,
Nöfəlin zülmü salıbdır balamı gör nə hala?
Mən
deyim oxşama, ya sən deyisən qəmli bala,
Sən denən bu dağılan cismə hüma sayəmdi,
Mən deyim əlləri məhşər günü sərmayəmdi.