229
Sipəri-atəşi-iki dünya bu qara koynəyimiz,
Abrımız iki dünya bu qara pərçəmdi.
Bir Hüseynçi tanıram eşqinə heç kim çatmaz,
Adı Əbbasidi ol nəhri əlan ziqəmdi.
Başın üstə Hüseyn
gəldi vəli beldə əli,
Gördü ə`zayi-cəvarih dağılıb bərhəmdi.
İkiəlli götürüb başını aldı dizinə,
Şaha başı ilə salam etdi sözü mübhəmdi.
Dedi Əbbasa uşaqlar yolunu gözlürlər,
Belə yatma yaralı, xeyməsəra matəmdi.
Mümkün olsa, səni Əkbər tək əbaya bükərəm,
Bu əba aləmdə görməli bir aləmdi.
Baxıram bu dağılan cismə əba yer verməz,
Neyləyim ağlamayım, qüssə mənə həmdəmdi.
O qədər dil dedi gətdi qərəz Əbbası dilə,
Dedi şaha bu başımdır bu da ki, sinəmdi.
Səni Zəhra əlini qoy bu dağılmış başıma,
Sora bir ayrı sözüm var ki, qəmi ə`zəmdi.
And verrəm ananın sili göyərdən üzünə,
Məni əxyamə aparma ki, yerim Əlqəmdi.
Məni qoy burda qalım məşki apar xeymələrə,
Ağladan çoxdu məni,dildə qəmi-müdğəmdi.
Belə fikr eylər uşaqlar ki,
su içdim mən özüm,
Şahid ol içməmişəm,bir də Xuda ə`ləmdi.
Sənə layiq deyiləm heç demə qardaşdı mənə,
Demə mən şəm`i-vəfayam buda pərvanəmdi.
Yaralar ağzın açıblar sənə ləbbeyk desin,
Min
belə yaram ola, bir baxışın mərhəmdi.
Sən əyil bir yol öpüm mən səni canım çıxsın, Can
dodağımda durub muntəziri-busəmdi.