228
Ki, hayil edib görməyə çox izanı.
Olmadı əlləri, dəydi üzü üstündə yerə,
Var əgər Ümmi bənin bilsə belə cəryanı.
Çox çətin vaxtda hər kəs çağırar öz kəsini,
Səslənər dadına vazehdi bu söz ə`vanı.
O qədər ali-Əlidən birini səsləmədi,
Dil tuta-tutmaya səsləndi xanım Zəhranı.
Atın üstən yıxılanda çağırıb ya Zəhra,
Başı üstündə görüb Fatimə üzmanı.
Dedi gəl yaxşı gəlibsən ana qurban olum,
Əcəba yad elədin sən bu bəla gərdanı.
Elə bir zaman gəlibsən nə gözüm var, nə əlim,
Acizəm, neyləyə billəm dəxi bu ə`danı?
Dostları ilə paylaş: