MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə


Həzrət Zeynəbin (ə) əhvalatı (rövzə)



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə92/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   ...   88   89   90   91   92   93   94   95   96
MƏRSİYƏLƏR (1)

Həzrət Zeynəbin (ə) əhvalatı (rövzə) 
Nizə başında başın lalə əhmərdi, Hüseyn, 
Ya ki, on dörd gecəlik mahi-münəvvərdi
Hüseyn. 
O kəsik başına qardaş, bacının canı fəda, 


242 
Əli əldən üzülən Zeynəbə rəhbərdi, Hüseyn. 
Əmr elə Zeynəbə qoy hökmünü icra eyləsin, 
Sənin hökmün mənə çün höccəti davərdi, 
Hüseyn. 
Qoymaram kufəlilər hqqını pamal eləsin, 
Dilim ağzımda bilirsən iti xəncərdi, Hüseyn. 
Gəlmişəm Kufəyə düşmənləri rüsva eliyəm, 
Dəvənin üstə kəcavə mənə səngərdi, Hüseyn. 
Gərçe ənsarım ölüb, yox mənə imdad eyləyən, 
Bir bölük qara ləçək qız mənə ləşgərdi, Hüseyn. 
Versələr başəvi zülfümlə gülün silim özüm, 
Görələr qəm günü Zeynəb necə xahərdi, Hüseyn. 
Oxu Qur`anı, bacın aləmə təfsir eləsin
Hamı bilsinlər bacın yaxşı süxənvərdi, Hüseyn. 
Oxu Qur`anı nənəm Fatimə qurban səsinə 
Uca nizə yaralı başına minbərdi, Hüseyn. 
Oxu xoş ləhnilə Qur`an rəcəz olsun bacına, 
Çarə yox, çubi-məhmil mənə xəncərdi, Hüseyn. 
Gözün olsun balalarda mənə heç fikr eləmə, 
Bağrıqan qızlara bu şəhri də məhşərdi, Hüseyn. 
Əl çalanların hələ fikrini çox eyləmirəm
Gərçe dil yarələri qəlbimə nəştərdi, Hüseyn. 
Daş atanlardadı fikrim, odu halım pozulub, 
Hər bəla gəlsə mənə zarü müqəddərdi, Hüseyn. 
Qorxuram daş dəyə birdən bu şirindil balaya, 
Sıxılıb qoltuğuma xırda kəbutərdi, Hüseyn. 
Dəysə daş taqəti yoxdur, dəvə üstdən yıxılar, 
Öldürər Zeynəbi axır bu qızın dərdi, Hüseyn. 


243 
Həzrət Zeynəbin (ə) Kufədə zəban halı 
Sər nizədə Qur`an oxuyan başına qurban, 
Başdan tökülən qanına göz yaşına qurban. 
Ey Fatimənin ruhu, axan qanına qurban, 
Dindir məni canım o susuz canıa qurban, 
Həm qanına, həm canına, imanına qurban, 
Bu Kufənin əhli səni nə hala salıbdı, 
Sər nizədə başın, bədənin yerdə qalıbdı. 
Əfsus ola Zeynəb ürəyi yandı dubarə, 
Gördü yaralı başa vurublar yenə yarə, 
Şiddətlə xanım göz yaşını tökdü üzarə, 
Həsrətlə bacı əllərini bir-birə vurdu, 
Birdən dedi qardaş, başını məhmilə vurdu. 
Qanlı başına daş vuran aramımı aldı, 
İstəkli bacın ölmədi aya necə qaldı, 
Zeynəb də Hüseyncan, başına məhmilə çaldı, 
Qan süzdü başımdan o zaman ki, yerə qardaş, 
Az qaldı Səkinən özünü öldürə, qardaş. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin